lat. ultra – ifrat, həddən artıq + yun. abyssos – dibsiz + yun. zone – qurşaq
Dünya okeanının 6000 metrdən dərin hissəsi.
U.A.Z.-nın dib relyefi, əsasən, uzun novlardan, yarğanlardan ibarətdir. Bu zona üçün çox yüksək atmosfer təzyiqi (200-1100 kq/sm2), suların olduqca zəif hərəkəti, duzluluq (34,7-34,9 promil) və aşağı temperatur (0...+2°C) xarakterikdir. U.Z.-ya günəş işığı düşmür, canlı aləm, əsasən, bakteriyalardan ibarətdir. U.A.Z.-da yaşayan azsaylı onurğasızlar (poliplər, qurdlar) abissal zonada olduğu kimi ya gözsüzdür, ya da gözləri çox iridir, onların bəziləri özlərindən işıq saçır.
See also:
Coğrafiya terminləri lüğətilat. ultra – ifrat, həddən artıq + lat. radiatio – şüalanma
Dalğasının uzunluğu 10-400 nm diapazonlu elektromaqnit şüaları.
U.R.-nın əsas mənbəyi Günəşdir. Atmosfer proseslərində, orqanizmlərin həyatında böyük rol oynayır. U.R. bakteriyalara məhvedici təsir göstərir, bitkilərdə isə fermentlərin fəallığını dəyişdirir, insan və heyvanların orqanizmlərində kimyəvi reaksiyaları sürətləndirir.
Coğrafiya terminləri lüğətifr. unitaire – vahid, birlik təşkiletmə
İnzibati ərazi vahidlərindən ibarət dövlət quruluşu forması.
Federasiyadan fərqli olaraq U.D.-də ümumi qanunlar, bir qanunverici orqan və vahid icra hakimiyyəti sistemi fəaliyyət göstərir. Ölkənin ərazisi ştatlara, muxtar respublikalara deyil, rayonlara, vilayətlərə bölünür. Dünya ölkələrinin əksəriyyəti U.D.-dir. Müstəsna hallarda U.D.-in tərkibində məhdud sayda muxtar qurumlar ola bilər (məs.: Azərbaycanda Naxçıvan Muxtar Respublikası).
Coğrafiya terminləri lüğətilat. urbanus – şəhər
Cəmiyyətin həyatında şəhərlərin əhəmiyyətinin artması, ictimai-iqtisadi inkişafla əlaqədar əhalinin şəhərlərə axını prosesi.
U. əhalinin sosial-peşə, demoqrafik strukturunu, həyat tərzini, mədəniyyətini, məhsuldar qüvvələrin yerləşdirilməsini, məskunlaşmasını, digər sahələri əhatə edir. Dünya şəhərlərində yaşayan əhalinin sayı XIX əsrin əvvəlinə 29 mln., 1900-cü ildə 224 mln., 1950-ci ildə 706 mln, 1980-ci ildə 1 mlrd. 809 mln. nəfər olub. U.-nın ən bariz göstəricisi sənayeləşmədir. Şəhər əhalisinin sənayenin tempinə, iş yerlərinin sayına uyğun olmayaraq sürətlə artması yalançı U. adlanır. Yalançı U., əsasən, İEOÖ-lər üçün xarakterikdir. Bu tip ölkələrdə iqtisadi çətinliklərlə üzləşən kənd əhalisi kütləvi şəkildə şəhərə köçür və şəhər əhalisinin sayı süni olaraq artır. İEÖ-lər üçünsə suburbanizasiya prosesi xarakterikdir. Suburbanizasiya – şəhər əhalisinin şəhərin daha sakit ətraf hissələrinə köçməsidir.
Coğrafiya terminləri lüğətiRus dilindəki таз sözünün mənasını tatar dilinə oça kimi tərcümə edirlər. Крестец sözü oçabaşı kimi tərcümə olunur. Сидеть kəlməsi oç kimi tərcümə olunub. Bizdə indi “oç elə” ifadəsi mövcuddur. Uca sözümüz də var: belin arxa (quyruq) tərəfinin ən yaxşı yeməli ətidir (qədimdə deyim də olub: ucanı qudalara yedirərlər). Uca sözü rus dilində репица deməkdir. Ehtimal ki, uc (qurtaracaq) sözü ilə bağlıdır (belin quyruq tərəfindən qurtaracaq hissəsinin adıdır). Qədim türk qəbirlərindən çoxlu bud (uca) sümükləri tapılıb: guya “ölü bu əti yeyəcək” anlamı ilə bağlı olub. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiGüman ki, üz və bət kəlmələrindən törəyib, (üzbət kimi olub) “sir-sifət” mənasını verir; danışıqda ucbat sözünün sinonimləri kimi uc və üz kəlmələri də işlədilir. M.Cümə yazır: Eşq ucundan sızlaram... Türkoloqların bəziləri üçün qoşmasının kökünü uc hesab edir və onun səbəb bildirdiyini göstərirlər. Bu, həqiqətdirsə, onda ucbat, üz və üçün sözləri qohumdur. Sonuncu variant daha inandırıcıdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğəti