1. Uzun qadın paltarı, adətən qolsuz olur və köynəyin üstündən geyilir. (19-20-ci əsrlərdə Rusiyada ancaq kəndlərdə geyilərdi).
2. Adətən çiyinliklə tikilən qolsuz, yüngül yay qadın paltarı. □ Çox çəkmədi, sarafan geymiş bir qadın içəri girdi. (Mir Cəlal).
See also:
Botanika. Sarıyaçalar gövdəsi və xırda çiçəkləri olan, süpürgəşəkilli hündür kollardan ibarət bəzək bitkisi (bu bitkidən boyaq maddəsi kimi də istifadə edilir). □ Şəmşir deyir, biilqarda bir etibar görmədim; Mən söyüddə, sarağanda, ulğunda bar görmədim. (Aşıq Şəmşir).
Azərbaycan dilinin izahlı lüğəti1. Sarı rəng almaq, sarı olmaq. □ Stolların üstünə yığılmış qəzet, jurnallar rütubətdən saralmışdı. (İ.Əfəndiyev).
2. Yetişmək (meyvə haqqında). □ Sonra o ilin payızında ... heyvalar saralanda, dam üstünə qalxmış tənəklərdə ağır üzüm salxımları aşağı asılanda Afaq da ilkini doğdu. (Ə.Məmmədxanlı).
3. Xəzan olmaq, solmaq, soluxmaq. □ Gün altında quruduqca vətən çölləri; Öz vaxtından tez saralır güllər, çiçəklər. (S.Vurğun).
4. Xəstəlikdən, dərddən, həyəcandan, qorxudan və s.-dən üzünün rəngi qaçmaq, solmaq. □ Azardan saralmaq. Qorxudan saralmaq.
See also:
1. Padşahın, dövlət başçısının, yaxud padşah ailəsinin daimi yaşadığı həşəmətli bina, ev. □ Şirvanşahlar sarayı. Qış sarayı.
2. Ümumiyyətlə, öz həşəmət və əzəməti ilə nəzəri cəlb edən bina,ev. □ Mərmər saraylar.
3. İctimai təşkilatların olduğu bəzi böyük binaların adlarının tərkibində işlənir. □ Səadət sarayı. Hökumət sarayı.
Azərbaycan dilinin izahlı lüğəti1. Yaranı sarımaq, sınığı bağlamaq və s. üçün uzun kəsilmiş tənzif,bez və s. parçası; bint. □ Yaranı sarğı ilə bağlamaq.
2. Ümumiyyətlə, bir şey sarımaq üçün uzun kəsilmiş bez və s.parça. □ Baş sarğısı (əmmamə).
3. Müəyyən məqsədlə qola bağlanan ensiz parça. □ Qollarında qırmızı sarğı olan nəzarətçilər gələnlərə yer göstərir, hamını nizam və qayda üzrə yerləşdirirlər. (M.Rzaquluzadə).