Reklam
Reklam

All dictionaries

qaldırmaq [qaldırmax] feil

1. Əyilərək yerdən götürmək, qalxızmaq. □ Kitabı qaldırmaq

2. Aşağıdan yuxarıya çıxartmaq, yuxarıya aparmaq. □ Lift bizi yeddinci mərtəbəyə qaldırdı.
3. Bir şeyə daha yuxarı, daha yüksək vəziyyət, ya səviyyə vermək; dikəltmək. □ Əlini qaldırmaq. Bayrağı qaldırmaq.
4. Yükləyib daşımaq, götürmək, aparmaq. □ Cənazəni bu gün qaldıracaqlar.
5. Ayaqlandırmaq, həyəcanlandırmaq, üzə durğuzmaq, təhrik etmək, sövq etmək. □ ..Tuturuq, qazamatdan qaçır, camaatı bəylərin hökumətin üzünə qaldırır.( "Qaçaq Nəbi”).
6. Yük götürə bilmək. □ Qaldıra biləcəyin qədər yük götür. ( Atalar sözü).
7. Yox etmək, ortadan götürmək, bərtərəf etmək, dəf etmək. □ Maneələri qaldırmaq.
8. Sağaltmaq, yataqdan durğuzmaq. □ Həkim beş gündə məni yataqdan qaldırdı.
9. Bir sıra isimlərin yanına gətirilərək, ismin ifadə etdiyi mənada mürəkkəb feillər və ifadələr düzəldilir. □ Üsyan qaldırmaq, məsələ qaldırmaq, şivən qaldırmaq.

See also:

frazeologizm: adını göylərə qaldırmaq frazeologizm: ağ bayraq qaldırmaq frazeologizm: aradan qaldırmaq frazeologizm: ayağa qaldırmaq frazeologizm: baş qaldırmaq frazeologizm: dağ başına çıxarmaq (qaldırmaq) frazeologizm: əl qaldırmaq frazeologizm: əllərini qaldırmaq frazeologizm: göylərə qaldırmaq (ucaltmaq) frazeologizm: gözündə qaldırmaq frazeologizm: haray qaldırmaq frazeologizm: hay-küy qaldırmaq frazeologizm: iş qaldırmaq frazeologizm: quyruğunu qaldırmaq frazeologizm: lövbərini qaldırmaq frazeologizm: məsələ qaldırmaq frazeologizm: ortadan götürmək (qaldırmaq) frazeologizm: öküzü qaldırıb altında buzov axtarmaq frazeologizm: səsini çıxarmaq (qaldırmaq) frazeologizm: tozanaq qaldırmaq (qoparmaq) frazeologizm: üstünə qaldırmaq (salışdırmaq) frazeologizm: yüksəyə qaldırmaq Azərbaycan dilinin izahlı lüğəti