Reklam
Reklam

All dictionaries

maya1 [maya] isim fars 

1. Bəzi qidalarda qıcqırma əmələ gətirən maddə. □ Xəmir mayası. Pendir mayası.
2. Rüşeym, döl. □ Mayası pisdir.
3. Məcazi mənada: əsas, əsil kök. □ Bu torpaqdır varlığımın mayası; Bu torpaqda alın təri tökmüşəm. (S.Rüstəm).
4. Bəzi xəstəliklərə qarşı peyvənd (aşı) maddəsi. □ Difterit mayası.
5. Məcazi mənada: mövzu, obyekt. □ İndi uşaqların hansı zavoda göndəriləcəyi də söhbət mayası olmuşdu. (Ə.Əbülhəsən).
6. Məcazi mənada: səbəb, əsas, kök, səbəbkar.
7. Gəlir əldə etmək üçün bir şeyə qoyulan pul; sərmayə; ticarətə, alverə başlaya bilmək üçün əldə olan məbləğ, pul. □ Dükanın mayası da Molla Cəfərqulunun idi. (N.Nərimanov).
8. Ümumiyyətlə, əldə olan pul, sərvət, dövlət. □ Əlində olan mayasını işə və istifadəyə buraxa bilmir. (M.S.Ordubadi).
9. Səs qatarlarında orta pərdə. □ Əmələ gələn səs qatarlarında orta tetraxordun birinci pərdəsi maya adlanıb, ladda tonika vəzifəsini görür. (Ü.Hacıbəyli).

maya2 [maya] isim fars 

1. Dişi dəvə. □ Dəvə, maya, nər, köşək; Lökləyirlər dalbadal. (A.Səhhət).
2. Ana göyərçin. □ Mayanı uçurtmaq. Maya yumurta üstündə oturub.
3. Məcazi mənada: ağ, dolğun, gözəşirin qadın haqqında (bəzən “kimi” qoşması ilə). □ Maya kimi gəlin.

See also:

jurnalistika: nəşrin maya dəyəri frazeologizm: əlinə maya salmaq frazeologizm: xəmirinə haram maya qatmaq frazeologizm: qazanc qudurub mayanı yeyib frazeologizm: qırx qazanın mayası frazeologizm: maya buraxmaq (qoymaq) frazeologizm: mayadan yemək frazeologizm: mayası batmaq frazeologizm: mayasına haram qatmaq frazeologizm: mayasını çıxartmaq frazeologizm: nəf qudurub mayanı yeyib Azərbaycan dilinin izahlı lüğəti