Bax: maşınlaşmaq.
Maşınlarla, mexanizmlərlə təchiz olunmaq, istehsalata maşın tətbiq olunmaq. □ Azərbaycan kəndləri sürətlə maşınlaşır. (İ.Əfəndiyev).
Bax: maşınlatdırmaq.
1. Tikiş maşınında tikdirmək. □ Yorğanüzünü maşınlatdırmaq. 2. Maşınla qırxdırmaq. □ Saçını dibindən maşınlatdırdığı üçün həmişəkindən arıq görünürdü. (B.Bayramov).
Maşını olan; maşınlar, mexanizmlər tətbiq edilən. □ Maşınlı təsərrüfat.
Maşını idarə edən işçi; sürücü.
Maşınşünaslıq mütəxəssisi.
Maşın və mexanizmlərin təsviri və nəzəriyyəsi haqqında fənn. □ Maşınşünaslıq kursu.
Maşını (parovozu, elektrovozu və s.) idarə edən işçi. □ Qatarları sürən maşınistlər hamısı Fərmanla tanışdır. (Ə.Sadıq).
Bax: makinaçı.
Maşını idarəetmə işi, maşınistin işi, peşəsi, sənəti. □ Maşınistliyə, şoferliyə, montyorluğa da qızlardan şagird qoydu. (Ə.Əbülhəsən).
1. Heyrət içində olan, təəccüblənmiş. □ Mən bu işə matam. 2. Şahmat oyununda məğlubiyyət, məğlub olma.
See also:
İspaniyada və Latın Amerikasının bəzi ölkələrində buğa döyüşündə buğaya qılıncla axırıncı, öldürücü zərbəni vuran baş döyüşçü, toreador. □ Firəngiz lap gənclikdən matadorlara rəğbət bəslərdi. (B.Bayramov).
Qiymətli, aztapılan şey, əziz şey (adətən istehza məqamında işlənir). □ Apar matahını evində saxla, indi ki, çörəyimizə naşükürlük edir. (Mir Cəlal).
Kök, ağ, göyçək, koppuş. □ Matan bala. Matan qız.