1. Baş dərisinin xəstəliyi nəticəsində başının tükü tökülmüş. □ Keçəl adam. Keçəl uşaq.
2. İsim kimi: başı keçəl olan adam. □ Keçəl çarə (dərman) bilsə, öz başına eylər. (Atalar sözü).
3. Tüksüz başın vəziyyəti, görünüşü. □ Uzunsov başının yan tərəfi parıldayan tələbə də utanıb susdu, keçəlinə gülürdülər. (M.Hüseyn).
4. Məcazi mənada: ot bitməyən, çılpaq, daz. □ Dibində su tapdım – şərbətə bənzər; Keçəl yoxuşların, qozbel diklərin. (M.Araz).
See also:
1. Başdan tükü tökən dəri xəstəliyi. □ Keçəllik basmaq.
2. Tibb. Heyvanlarda dəri xəstəliyi nəticəsində tükün tökülməsi. □ Keçəllik nəticəsində heyvanların tükləri tökülə bilər.
3. Başda tük olmadığı hal; dazlıq.
4. Məcazi mənada: bitkisizlik, çılpaqlıq. □ Çölün keçəlliyi.