İki hissədən, iki pərdədən ibarət olan. □ İkipərdəli pyes.
İki pəri olan. □ İkipərli üzgəc.
İki pilləsi olan. □ İkipilləli pilləkən.
İki tərəfi, iki planı olan; iki planda yerləşmiş. □ İkiplanlı şəkil.
Riyaziyyat. Daxilində iki prizma olan. □ İkiprizmalı cihaz.
1. Arxaizm. İki pud ağırlığında olan, iki pud tutan. □ İkipudluq yük. 2. Arxaizm. İsim kimi: iki pud ağırlığında olan daş.
Riyaziyyat. Rəqəmi iki olan. □ İkirəqəmli say.
Bax: ikirəngli.
İki rəngi olan, iki rəngdə boyadılmış; iki rəng verən, iki rəngə çalan. □ İkirəngli qutu.
İki rəngdə olma, ikirəngli şeyin halı.
İki dəstəsi, iki əl yerisi olan. □ İkisaplı mişar.
Musiqi. İki səsdə oxunan, iki səs üçün yazılmış. □ İkisəsli nəğmə.
İki sətirdən ibarət. □ İkisətirlik məktub.
İki silindri olan. □ İkisilindrli maşın.
Musiqi. İki simi olan (çalğı aləti).