1. Danışmağa məcbur etmək; soruşmaq, dindirmək, sorğu-sual etmək. □ Məhkəmə sədri üçün məsələ aydın idi. Buna baxmayaraq, bir neçə şahidi də danışdırdı. (S.Hüseyn).
2. Birisi ilə söhbət edib fikrini bilmək. □ ...tələbələr sözü bir yerə qoydular ki, Qədiri danışdırmamış rəy söyləməsinlər. (Mir Cəlal).
3. Məcazi mənada: dilə gətirmək, dilləndirmək, çalmaq, oxutmaq. □ Bir ağız da, bir nəfəs də danışdırın sarı simi; Belə bir gün ələ düşməz, dayanmayın qonaq kimi. (S.Vurğun).
1. Şifahi fikir mübadiləsi; söhbət; danışma, söhbət etmə. □ O barədə bu gün danışıq olacaq. Aralarında ciddi danışıq oldu.
2. Danışma tərzi. □ ...katib birdən səsini alçaldıb, danışığının tonunu dəyişdi. (Ə.Sadıq).
3. Söz-söhbət.
4. Canlı dil, adi danışıq dili. □ Bahadır ...danışıqda çox işlənən sözləri öyrətdi... (N.Nərimanov).
5. İki tərəf, iki nümayəndə heyəti arasında bir şey haqqında gedən fikir mübadiləsi; müzakirə (çox zaman cəmdə işlədilir). □ İki dövlət arasında danışıqlar. Sülh danışıqları. Danışıqlar kəsildi.
See also:
1. Mübahisəsiz, qeydsiz-şərtsiz, sözsüz, heç bir etiraza yol vermədən; mütləq. □ Danışıqsız tabe olmaq. Əmri danışıqsız yerinə yetirmək.
2. Danışdırılmadan, dindirilmədən. □ Altı ay həbsxanada danışıqsız yatan Kərimbəy orada eşitdi ki, Yusif “ata!” deyə-deyə can vermişdir. (Mir Cəlal).
1. Sözlə ifadə etmək, bildirmək, anlatmaq, demək, söyləmək, nəql etmək; dinmək, söz söyləmək. □ Ağır-ağır danışmaq. Düzünü danışmaq. Heç kəs danışmırdı.
2. Bir dildə fikrini yaxşı ifadə etməyi bacarmaq. □ Rusca yaxşı danışmaq.
3. Söhbət etmək. □ Yenə o bağ olaydı; Yenə sizə gələydik; Danışaydıq, güləydik. (M.Müşfiq).
4. Fikir söyləmək, mühakimə yürütmək, müzakirə etmək. □ Bütün şəhər bu barədə danışır. Bu xüsusda hələ danışacağıq.
5. Çıxış etmək, nitq söyləmək. □ Atəşin danışmaq. Hərarətlə danışmaq.
6. Qiymət haqqında bir qərara gəlmək, şərtləşmək; kirə etmək. □ Faytonları danışdıq. (M.S.Ordubadi).
7. Bəhs etmək, xəbər vermək, yazmaq. □ On altıncı nömrəmizdə molla Tarqulunun... barəsində ...bir neçə söz danışmışıq. (C.Məmmədquluzadə).
See also: