1. Çox ağlayan, həmişə ağlayan, tez-tez ağlayan. □ Körpələr təzə doğulanda çox ağlağan olurlar.
2. Məcazi mənada: həmişə halından şikayət və narazılıq edən, həmişə öz həqiqi vəziyyətini pis göstərməyə, varını gizlətməyə çalışan. □ Onun hər şeyi var idi, amma yenə də ağlağan idi.
1. Tez-tez, daim ağlamaq xasiyyəti. □ Körpə doğulandan ağlağanlıq eləyirdi.
2. Məcazi mənada: həmişə halından şikayət və narazılıq etmək xasiyyəti, həmişə öz həqiqi vəziyyətini pis göstərməyə çalışmaq xasiyyəti. □ Bəzi varlılar kasıblardan çox ağlağanlıq eləyirlər.
1. Bax: ağlamaq.
2. Məcazi mənada: fəryad. □ Nəriltisi, ağlaması onun bənzər tufana; Göz yaşının qətrələri sıçrar o yan-bu yana. (A.Səhhət)
Yazının işləndikdən sonra son variant olaraq köçürüldüyü təmiz dəftər. □ Əli misalı qaralamada həll etdikdən sonra ağlamaya köçürdü.
Azərbaycan dilinin izahlı lüğəti