Anlaşılmaz, başadüşülməz, dərkedilməz, həlledilməz. □ Ağılçatmaz iş.
Zəhərli. □ Ağılı sözlər deyib qanımızı qaraltdı.
Bax: ağıl.
İnanıla bilən, mümkün ola bilən, həqiqətə uyğun olan, ağlabatan. □ Ağılkəsən iş.
Ağlını işə salaraq, tədbirlə, məntiqlə, hissə qapılmadan.
Bax: ağıllandırılmaq.
“Ağıllandırmaq” feilinin məchul növü.
Bax: ağıllandırmaq.
Pis yoldan çəkindirmək, doğru yola sövq etmək, düzəltmək, islah etmək.
Bax: ağıllanmaq.
1. Ağıllı olmaq, ağlını başına yığmaq, düzəlmək, ciddiləşmək, pis işlərdən əl çəkmək. □ İnsan yaşa dolduqca ağıllanır.
2. Peşman olmaq (pis əməldən), düz yola düşmək, pis yoldan qayıtmaq.
1. Dərrakəli, düşüncəli, şüurlu. □ Ağıllı adam.
2. Ağla əsaslanan, ağlabatan. □ Ağıllı söz. Ağıllı fikir.
3. Məcazi mənada: tərbiyəli, qanacaqlı. □ Ağıllı qız. Ağıllı uşaq.
1. Ağılla, tədbirlə, məntiqlə.
2. Kinayə ilə: guya özünü ağıllı aparan, əslində məntiqsiz danışan adam haqqında.
1. Yaxşı, layiqli, lazımi şəkildə, qaydalı, sanballı, əməlli.
2. Çoxlu, xeyli, qiymətli. □ Tədbirə ağıllı-başlı adam gəlmişdi.
1. Dərrakəli, düşüncəli, şüurlu.
2. Məcazi mənada: tərbiyəli, qanacaqlı. □ Ağıllı-kamallı oğlan.