1. Fabrik, ya zavodda deyil, əl ilə qayrılmış, düzəldilmiş, istehsal edilmiş. □ Əldəqayırma şey. Əldəqayırma çəkmə.
2. Məcazi mənada: biliyi, hazırlığı, bacarığı olmayan, öz sənətini, işini pis bilən; qeyri-həqiqi, yalançı, ləyaqətsiz. □ Heç tikə də yaraşmır, çünki sən əldəqayırma bəysən. Bəyin gərək dədəsi də bəy ola. (B.Talıblı).