Hiss etdirmədən çıxıb getmək, gözdən itmək, qaçmaq. □ Zalım balaları fikrimizi duydular, durub əkildilər. (Qantəmir).
1. Sürülmüş yerə toxum atmaq, toxum səpilmək. □ Burada buğda əkilmişdir.
2. Quyu şəklində qazılmış yerə ağac, kol və s. basdırılması. □ Bağban, mənə bar gətir; Əsirgəmə, var gətir; Əkilməmiş ağacdan; Dərilməmiş nar gətir. (Bayatı).
See also:
1. Taxıl, bostan məhsulları və s. əkilmiş yer; zəmi. □ Əkinlərdə taxıl təzəcə göyərməkdədir.
2. Tarlada, zəmidə bitmiş taxıl, dənli bitkilər və s. □ Yazlıq əkin. Payızlıq əkin. Əkməsən, əkin olmaz. (Atalar sözü).
3. Əkmə, əkmək işi. □ Əkin vaxtı. Əkində, biçində izi olmayanın süfrədə üzü olmaz. (Atalar sözü).
4. Bəzi ot adları ilə birlikdə işlədilərək, onların əsasən zəmidə, əkin arasında bitdiyini göstərir. □ Əkin qarğasoğanı. Əkin qərənfili. Əkin laləsi.
See also:
1. İqtisadiyyat. Kənd təsərrüfatının ərzaq və yem bitkiləri, texniki bitkilər və s. becərilməsi ilə məşğul olan ən mühüm sahələrindən biri.
2. İqtisadiyyat. Aqronomiyanın kənd təsərrüfatı bitkilərinin becərilməsinin, həmçinin torpaqdan səmərəli istifadə etməyin, yüksək məhsul almaq üçün torpağın münbitliyini artırmağın üsullarını öyrənən və tətbiq edən bölməsi.
See also: