1. Hoqqabaz, adam ələ salan, adamı lağa qoyan, adamoynadan, adama söz qoşan. □ Şəbədəbaz adam.
2. İsim kimi: hoqqabaz, adam ələ salan, adamı lağa qoyan, adamoynadan, adama söz qoşan adam. □ Bu növ artistlərin yeri şəbədəbazlar məclisidir. (Ə.Haqverdiyev).
1. Ağacdan, metaldan, daşdan, məftildən düzəldilmiş tor, hörgü, barmaqlıq; ornament; toraoxşar, toru xatırladan şey. □ Pəncərə şəbəkəsi. Qapı şəbəkəsi.
2. Hər hansı bir yerdə müxtəlif istiqamətlərdə yolların, rabitə xətlərinin, kanalların və s.-nin məcmusu. □ Dəmiryol şəbəkəsi. Elektrik şəbəkəsi. Telefon xətlərinin şəbəkəsi.
3. Hər hansı bir ərazidə yerləşən oxşar idarələrin, müəssisələrin və s.-nin məcmusu. □ Müalicə şəbəkələri. Ticarət şəbəkəsi.
4. Mobil rabitədə əhatə dairəsi.
See also:
1. Klassik ədəbiyyatda bənzər, oxşar mənalarında işlənmişdir. □ Şəbihi yoxdur.
2. İlahiyyat. Arxaizm. Məhərrəm ayında aşura günü şiələrin göstərdikləri Kərbəla hadisələrinə həsr olunmuş faciəli tamaşa, mərasim. □ Camaat dörd ətrafda oturardı, şəbih göstərərdilər. (H.Sarabski).