Tətik (odlu silahda). □ ...Əgər ayaq geri qoysan, şeytanını çəkib qarnını tüstü ilə doldurram. (M.F.Axundzadə).
Fiziologiya. Kişilərdə adətən yuxuda qeyri-iradi olaraq toxumtökmə hadisəsi. □ Şeytanı olmaq.
Şeytana xas olan, şeytana layiq olan; şeytancasına, ibliscəsinə. □ Şeytani fikirlər bir anda başımdan silinib getdi. (S.Hüseyn).
Bax: şeytanlamaq.
Gizli olaraq vermək, xəbər aparmaq, casusluq etmək, çuğullamaq, satmaq. □ Məni şeytanladılar. (C.Cabbarlı).
Xəbərçilik, casusluq, çuğulluq. □ Mən onun etdiyi şeytanlıqlara şahidəm. (H.Nəzərli).
Bic-bic. □ ...şeytan-şeytan Qaraşa baxaraq pıçıldayırdı. (M.İbrahimov).
Xəbərçi, çuğul, adamsatan. □ Mənim haqqımda deyilənin hamısı şeytan-şuğul sözüdür. (Ə.Vəliyev).
Şeytana oxşayan, şeytan kimi, şeytan xasiyyətli. □ Kişi, keçən keçibdir, Allah şeytana, şeytansifətə lənət eləsin. (Ə.Haqverdiyev).
Çox balaca adam haqqında. □ Bu kişi lap şeytanşapalağıdır.
Klassik ədəbiyyatda şeytanlıq, iblislik; hiylə, fitnə, fəsad mənalarında işlənmişdir. □ Narazılığına ümdə səbəb onun zatında olan ... şeytənət, büxl və həsəd idi. (F.Köçərli).
Bax: şey-şüy.
Hər cür lazımi şeylər, avadanlıq, müxəlləfat və s. □ Gedib şey-şüyü gətirib bura tökmə. (C.Məmmədquluzadə).
Yüngül, mütəhərrik kreslo.
Arxaizm. Gecə.
Sübh söndü, şəb ki, xəlqə qiblə idi bir çıraq,
Gecəki iqbalı gör, gündüzdəki idbarə bax. (M.P.Vaqif)
Arxaizm. Camaat, qəbilə, tayfa.
Klassik ədəbiyyatda gənclik, cavanlıq mənalarında işlənmişdir. □ Fəqət bahari-şəbabımda bir çiçək buldum; Qaçırdım əldən, onun həsrətilə məhv oldum. (H.Cavid).