Reklam
Reklam

All dictionaries

üzmək1 [üzməx'] feil

1. Suyun üzündə və ya altında hərəkət etmək, suda batmadan hərəkət etməyi bacarmaq. Mən üzə bilmirəm. O, suda çox yaxşı üzür.

2. Xüsusi mexanizmlər vasitəsilə müəyyən istiqamətdə suyun üzündə, ya altında hərəkət etmək (gəmi, qayıq və s. haqqında).Qayıqlar, gəmilər üzür yanaşı; Sallanan bayraqlar əks edir suda. (S.Vurğun).

3. Gəmidə, qayıqda və s.-də getmək. Teploxodda Volqaboyu ilə üzmək.

4. Suya batmadan axarı ilə getmək, hərəkət etmək (şeylər haqqında). Xəzəl suyun üzəri ilə üzür.

5. Məcazi mənada: havada yavaş-yavaş, sərbəst surətdə hərəkət etmək; süzmək. Planer havada üzür. Qartal havada üzür. Başımızın üstündən bir təyyarə üzüb keçdi.

6. Məcazi mənada: havada yavaş-yavaş, sərbəst surətdə hərəkət etmək; süzmək (Ay, Günəş haqqında).Günəş çoxdan bozumtul buludlar arasında üzməkdə idi. (M.Hüseyn).

7. Məcazi mənada: hərəkət edər kimi nəzərə gəlmək. Göz işlədikcə uzanan düzlər yaşıllıq içində üzürdü. (M.Hüseyn).

8. Obrazlı təşbehlərdə gəzmək mənasında işlədilir.Üzürsən qoynunda xoş xəyalların; Boşluğa dirənən ehtimalların. (B.Vahabzadə).

üzmək2 [üzməx'] feil

1. Dərmək, qoparmaq, qırpmaq. Çəməndəki o güllərin; Ən gözəlin üzərəm. (Ü.Hacıbəyli).

2. Kəsib atmaq, kəsmək. Mişar barmağını üzdü.

3. Ayırmaq, qoparmaq.Ruqiyyə əlini əlimdən üzüb alaçığa qaçdı. (A.Divanbəyoğlu).

4. Haqq-hesabını qurtarmaq, ödəyib qurtarmaq, üzülüşmək. Sonralar Məşədi Rəhimə bir dəfə bir qədər pul göndərdim. Qalan borcunu da bu yavıqda üzdüm. (C.Məmmədquluzadə).

üzmək3 [üzməx'] feil

Taqətdən salmaq, əldən salmaq, yormaq, üzüntü vermək. Tamaşanın dərdi Minayəni üzürdü. (B.Bayramov).

See also:

frazeologizm: axına qarşı üzmək (getmək) frazeologizm: borc içində üzmək frazeologizm: canını üzmək frazeologizm: dünyadan əlini üzmək frazeologizm: əlini dünyadan üzmək frazeologizm: əlini üzmək frazeologizm: hülqumunu üzmək frazeologizm: içində üzmək frazeologizm: süd gölündə üzmək frazeologizm: ümidini kəsmək (üzmək) frazeologizm: ürəyini çəkmək (üzmək) frazeologizm: yağ-bal içində üzmək (yaşamaq) Azərbaycan dilinin izahlı lüğəti