Özlərini digər ölkələrin problemlərindən, ümumiyyətlə, dünya siyasətindən uzaq tutan dövlətlərin xarici siyasət kursu.
İqtisadiyyatda Ö.S. avtarkiyaya – digər dövlətlərlə mübadilənin minimuma endirilməsinə və qapalı təsərrüfat sisteminin yaradılmasına gətirib çıxarır. Çin, Koreya və Yaponiyanın XVII–XIX əsrlərdə yürütdükləri xarici siyasət bunun tipik nümunəsi sayıla bilər. 1641–1853-cü illərdə Yaponiya hökuməti “sakoku” adlandırılan xarici siyasət kursu seçmişdi və ölkəni əcnəbilər üçün tamamilə qapamışdı. Həmin dövrdə Koreya və Çin hökumətləri də mövcud qayda-qanunları və quruluşu konservasiya etmək məqsədilə eyni üsula əl atmışdı. Lakin Ö.S. onların iqtisadi və texnoloji cəhətdən Avropa ölkələrindən xeyli geri qalması ilə nəticələnmişdi. Amerika Birləşmiş Ştatları da XIX əsrin ortalarından II Dünya müharibəsinədək (1939–1945) olan dövrdə Ö.S. yeridib.
Tarix terminləri lüğətitürk. özəl – şəxsi, xüsusi
Əvvəllər dövlətin, habelə yerli hakimiyyət orqanlarının tam və ya qismən mülkiyyətində olmuş əmlakın şəxsi mülkiyyətə verilməsi, yaxud satılması.
Ö. əmlakdan daha səmərəli istifadə etmək, dövlətin iqtisadiyyatda rolunu azaltmaq, onun gəlirlərini artırmaq və s. məqsədlərlə həyata keçirilir.
Tarix terminləri lüğətiər. vali – qoruyucular, himayədarlar
Həyatını Allah yolunda sərf edərək ona yaxınlaşmağa nail olmuş şəxs.
Ö.-lar Quranda “iman gətirmiş və pis əməllərdən çəkinmiş” insanlar, “Allahın dostları” kimi xarakterizə edilir. X əsrdən başlayaraq sufilikdə Ö.-ların xüsusi iyerarxiyası mövcud olub.
Tarix terminləri lüğətiər. övdət – geri dönmə, qayıtma + fars. namə – məktub, yazılı kağız
Diplomatik nümayəndənin tutduğu vəzifədən geri çağırılması haqqında sənəd.
Bu sənəd diplomatik nümayəndənin təmsil etdiyi ölkənin rəhbərinin adından həmin nümayəndənin müvəkkil təyin olunduğu dövlətin başçısına göndərilir. Ö., adətən, yeni təyin olunmuş diplomatik nümayəndənin etimadnaməsi ilə birgə təqdim edilir.
Tarix terminləri lüğətiQadın baş geyimi.
Milli geyim növü olan Ö. zərif lif və tellərdən toxunub, materialına və ölçüsünə görə müxtəlif olub. Ö.-lər toxuculuq dəzgahlarında, yaş fərqinə və zümrə mənsubiyyətinə uyğun müxtəlif çeşid və rənglərdə hazırlanıb. Varlı zümrənin nümayəndələri başlarına xalis qızıl və gümüş tellərdən ibarət, üzəri daş-qaşla bəzədilmiş Ö.-lər salıblar. Orta əsrlərdə Azərbaycanda istehsal olunan Ö.-lər xarici ölkələrə də ixrac edilib.
Tarix terminləri lüğətiCanlı ünsiyyət vasitəsi kimi istifadə olunmayan və yalnız yazılı abidələrdə qorunub saxlanan dillər.
Bəzi hallarda Ö.D. yazılı formada müəyyən elm, din və mədəniyyət sahələrində istifadə edilir; məs.: latın dili hələ IV əsrdən canlı ünsiyyət vasitəsi funksiyasını itirib, buna baxmayaraq, orta əsrlərdə elm, din və mədəniyyət dili olaraq qalıb. Bir çox Ö.D. (şumer, elam, xett, hürri, etrusk və s.) qədim dövr tarixinin öyrənilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Həmin dillərdə olan mətnlərin oxunması tarix elmini yeni faktlar və məlumatlarla zənginləşdirir.
Tarix terminləri lüğətiUşaqlar arasında oyun şəklində keçirilən sözgüləşdirmə.
Mükalimә şәklindә üçmisralıq nәzm parçalarıdır. Әvvәlcә bir söz deyilir, sonra həmin sözә cavab olaraq qafiyә ilә misra söylәnilir; məsələn:
– Deynən ağır.
– Ağır.
– Belin olsun yağır.
– Deynən: xala!
– Xala!
– Qazan dibi yala.
See also:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiTürk xalqlarına məxsus qədim şeir şəkillərindən biri; şeirləşmə.
Aşıq vә akınların deyişmәsini xatırladır, adәtәn, şәn musiqi ilә müşayiәt edilirdi. XV–XVI әsrlərdə özbәk xalqı arasında Ö. hәm şeir şәkli, hәm dә mahnı kimi geniş yayılmışdı. O, tәbiәt kultu ilә bağlı idi, buna görә dә hәmin şeirlәrdә tәbiәtin vәsfinә daha çox diqqәt yetirilirdi. Suya, yağmura müraciәt motivi Ö.-lərdə tez-tez tәkrarlanırdı:
Göydәn-göydən nә gәlәr,
Damla-damla yağmur gәlәr,
Anbarlar dolu-dolu,
Sәnәklәr sulu-sulu,
Bizdәn hәrәkәt,
Yerdәn bәrәkәt,
Göydәn yağmur
Ver, Tanrım, ver...
Ö. şeir şəklinin Abay Kunanbayev tərəfindən yaradılmış özünəməxsus forması da var ki, o, Abay öleni adlanır. 7 misralıq bu şeirin misralarından dördü yeddi-sәkkiz, qalan üçü isə üç-beş hecadan ibarәtdir.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiDeyişmə xarakterli şeir şəkli.
Adәtәn, iki nəfәrin dialoqu üzәrindә qurulur. Bu dialoq prosesindә tərəflər üstün cәhәtlәrini qabarıq şəkildə ifadə etməyə çalışırlar.
– Sәn bir gözәl ceyran olsan,
Düzlәrə qaçacaq olsan,
Mәn bir mahir ovçu olsam,
Sәni ovlasam, neylәrsәn?
– Sən bir mahir ovçu olsan,
Mәni ovlayacaq olsan,
Mәn bir qızıl alma olsam,
Sandığa girsәm, neylәrsәn?
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti