“Çay” mənasında işlədilən bu sözün kökü öz feilidir, mənası “ayrılmaq” deməkdir. Özən bir neçə qola ayrılan çaya deyilib. Güman ki, özgə sözü də həmin feillə bağlıdır. Anadolu türklərində “bulaq” mənasını verən gözə (gözən) ismi var. Şahbuz rayonunda “sulu yer” mənasında gözənək sözü işlədilir. Göründüyü kimi, hamısı “su” anlamı ilə bağlıdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiÖz sözü həm əvəzlik, həm də feil kimi işlədilib, omonim olub. İndi feil forması müstəqil işlədilmir. Amma özgə, özül, özək tipli sözlərdə qədim mənasını saxlayıb. –gə, -ül, -ək şəkilçiləri feildən ad düzəldir, əvəzliklərə qoşulmur. Özgə kəlməsi mənbələrdə adın, azın formalarında da qeydə alınıb. Deməli, özgə kəlməsi öz feilindən əmələ gəlib, düzəltmə söz olub (indi sadə söz kimi qəbul olunur, çünki öz feili müasir dilimizdə müstəqil işlədilmir). Bunu nəzərə almayan bəzi alimlər hökm verirlər ki, -gə şəkilçisi həm feillərə (süpür-gə), həm də əvəzliklərə (öz-gə) artırılır. Nəzəri baxımdan eyni şəkilçinin həm feil, həm də adlardan söz düzəltməsi müşkül məsələdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğəti1. Teleradio verilişlərinin yalnız müqavilə əsasında və abunə haqqı hesabına qəbul edilməsi mümkün olan kodlaşdırılmış siqnallarla qapalı yayımı.
2. Sifarişçilərin, o cümlədən seçkilər, referendumlar və digər siyasi kampaniyalar zamanı namizədlərin (partiyaların, blokların) ödədikləri haqq hesabına həyata keçirilən açıq teleradio yayımı.
Misal: «Seçki Məcəlləsi ödənişli yayım vaxtının məbləğini yalnız dövlət tabeliyində olan teleradio şirkətləri üçün məhdudlaşdırır» (osce.org).
See also:
Jurnalistika terminləri lüğəti1. Teleradio verilişlərinin heç bir müqavilə imzalanmadan və haqq ödənilmədən müvafiq avadanlığa malik bütün insanlar tərəfindən qəbul edilməsi mümkün olan kodsuz siqnallarla açıq yayımı.
2. Sifarişçilərin, o cümlədən seçkilər, referendumlar və digər siyasi kampaniyalar zamanı namizədlərin (partiyaların, blokların) materiallarının heç bir haqq tələb olunmadan açıq teleradio yayımı.
See also:
Jurnalistika terminləri lüğətilat. planum – müstəvi
1. Televiziya və kino kadrında, fotoşəkildə əks olunmuş məkanın şərti bölgüsü zamanı müşahidə nöqtəsinə ən yaxın hissə.
Ö.P.-da olan obyektlər, insanlar, yer müşahidəçiyə (tamaşaçıya) digərlərindən daha yaxın görünür.
2. Məcazi mənada: ən vacib, diqqəti daha çox cəlb edən yer, mövqe; məs.: ön plana çıxan məsələ.
See also:
Jurnalistika terminləri lüğətiÖtürücünün anten sisteminə göndərdiyi radiotezlik dalğasının gücü.
O.G. vatt ilə ölçülür və siqnalın əhatə dairəsi, ilk növbədə, ondan asılıdır. Teleradio şirkətləri yayıma xüsusi icazə (lisenziya) almaq üçün dövlət orqanlarına ərizələrində istifadə edəcəkləri Ö.G.-nü də göstərməlidir və bu məlumat lisenziyada öz əksini tapmalıdır.
See also:
Jurnalistika terminləri lüğətilat. statio – dayanma yeri
Mərkəzi məntəqədən səs, təsvir siqnallarını qəbul edib nizamlayan və daha uzaqda yerləşən məntəqəyə, yaxud birbaşa istehlakçının avadanlığına göndərən aralıq stansiya.
Ö.S. elektromaqnit siqnallarının qəbulu və (və ya) ötürülməsi üçün istifadə edilən radioelektron cihazların və mühəndis qurğuları sisteminin cəmləşdirildiyi müəssisədir.
See also:
Jurnalistika terminləri lüğətilat. camera – otaq
Çəkiliş obyektinin optik təsvirini qəbul edən və onu videosiqnala çevirən elektron qurğu.
Ö.T.K ilə videosiqnalı lentə alan, yaxud rəqəmli videoməlumat kimi yaddaşına köçürən qurğu birlikdə videokamera təşkil edir. Studiya Ö.T.K.-ları verilişlərin studiyada çəkilməsi üçün, sənaye Ö.T.K.-ları isə kənar obyektlərdə, məsələn, su altında, kosmik fəzada çəkilişlər aparmaq üçündür.
Jurnalistika terminləri lüğətiÖvladlığagötürənlərin, onlar öldükdə isə qəyyumluq və himayə orqanlarının razılığı olmadan övladlığagötürmə haqqında yayılması qadağan edilmiş məlumatlar.
Azərbaycanın Konstitusiya Məhkəməsinin qərarına görə, Ö.S.-ni yayma dedikdə bu faktın övladlığagötürənin iradəsi ziddinə yazılı və şifahi formada, o cümlədən media vasitəsilə digər şəxslərə və ya övladlığa götürülənin özünə bildirilməsi başa düşülür. Ö.S. qanunla mühafizə olunur. Həmin sirrin qorunması məqsədilə övladlığagötürmə barədə işlərə məhkəmə qətnaməsinin elan olunması da daxil olmaqla qapalı iclaslarda jurnalistlərin iştirakı olmadan baxıla bilər.
See also:
Jurnalistika terminləri lüğəti