Reklam
Reklam

All dictionaries

özünü yığışdırmaq

1. Fikrini, qüvvəsini toplamaq; ~ özünü ələ almaq.

2. Qəzəb, narazılıq doğurmamaq üçün öz hərəkətlərinə, davranışına fikir vermək; ~ özünü düzəltmək.

Azərbaycan dilinin frazeologiya lügəti

ölkə

1. Siyasi və sosial-iqtisadi coğrafiyada: inzibati ərazi vahidi, müəyyən sərhədləri olan dövlət.

Ö. cəmiyyətin mədəni, siyasi-hüquqi cəhətdən təşkilatlanmasının mühüm formasıdır, buna görə də bir çox hallarda “dövlət” anlayışı ilə eyniləşdirilir, onun sərhədləri isə dövlət sərhədi adlandırılır.

2. Fiziki coğrafiyada: coğrafi mövqeyinə, makrorelyefinə, digər əlamətlərinə görə ümumilik təşkil edən böyük ərazi; məs.: Aralıq dənizi Ö.-ləri, dağlıq Ö.-lər, tropik Ö.-lər və s.

See also:

Coğrafiya terminləri lüğəti

ölkəşünaslıq

Ayrı-ayrı ölkələrin, onların hissələrinin təbiətini, əhalisini, iqtisadiyyatını, mədəniyyətini öyrənən və bu məlumatları özündə birləşdirən elm sahəsi.

Ö. coğrafiyanın ən qədim sahələrindən biridir. O həm nəzəri, həm də coğrafi biliklərin geniş yayılması, cəmiyyətin mədəni inkişafı baxımından böyük əhəmiyyətə malikdir.

Coğrafiya terminləri lüğəti

Ön Asiya

Asiyanın cənub-qərb hissəsində Kiçik Asiya və Ərəbistan yarımadaları, İran yaylası, Mesopotamiya ovalığı və Aralıq dənizinin şərq sahillərindən ibarət coğrafi ərazi.

Sahəsi təqribən 7,5 mln. km2-dir. Ö.A. iki böyük təbii vilayətdən – Ö.A. yaylasından və Cənub-Qərbi Asiyadan ibarətdir. Bura Qafqaz dağları, Kopetdağ silsiləsi, Əfqanıstan, İran, Cənubi Qafqaz ölkələri, Türkiyə, Kipr, İraq, Ərəbistan yarımadası ölkələri, həmçinin Misirin Sinay yarımadası daxildir. Region tropiksubtropik iqlim qurşaqlarında yerləşib. Ö.A.-nın əhalisinin əsas hissəsini türklər, ərəblər və farslar təşkil edir. Zəngin neft və təbii qaz ehtiyatlarından başqa, region ölkələri filiz, qiymətli daş və metal sərvətlərinə malikdir.

Coğrafiya terminləri lüğəti