müəyyən davranışı (karlığı, eşitməzliyi, xəstəliyi, gicliyi, görməzliyi, korluğu, tülkülüyü və s.) yamsılamaq, özünü nəyə və ya kimə isə oxşatmaq.
farağat vəziyyət almaq; özünü ciddi göstərmək.
əzilib-büzülmək, əda göstərmək, naz eləmək; ~ naz satmaq, əda satmaq, işvə satmaq.
özünü bilməzliyə qoymaq, hislərini büruzə verməmək.
özünü təhlükəyə salmaq, təhlükə ilə üzləşmək.
özünü əziyyətə salmaq, bir iş üçün fədakarcasına çalışmaq, səyini, qüvvəsini əsirgəməmək; ~ özünü oda-közə vurmaq (atmaq).
bir iş üçün fədakarcasına çalışmaq, səyini, qüvvəsini əsirgəməmək; ~ özünü oda yaxmaq, özünü həlak etmək, özünə həkk gəlmək.
özünə aid olmayan işə qarışmaq.
kimi isə hədsiz çox istəmək, onun qulluğunda durmaq, ona pərəstiş etmək; bir şey üçün hədsiz canfəşanlıq etmək; ~ əldən-ayaqdan getmək.
ağlı başında olmamaq, halı pis olmaq.
1. Bir işi görməkdən vaz keçmək; ~ nəfsinə hakim olmaq, nəfsini gözləmək.
2. Hirsini, acığını büruzə verməmək, toxtamaq; ~ hirsini basmaq, acığını boğmaq, hirsini boğmaq (cilovlamaq), səbrini basmaq (cilovlamaq), hövsələsini basmaq.
pərtliyini büruzə verməmək, başqasının yanında alçalmamaq; ~ özünü şax tutmaq, özünü tox tutmaq, şəstini sındırmamaq, eşşəkdən yıxılıb hoş-hoşdan əl çəkməmək.
əyilməmək, alçalmamaq, məğrur dayanmaq, özünü qürurlu aparmaq; ~ özünü sındırmamaq.
layiq olmadığı halda özünü daha yüksək biri ilə müqayisə etmək; ~ tərəziyə girmək.
pərtliyini hiss etdirməmək, çətin vəziyyətdə təmkinli, sakit, soyuqqanlı olmaq; ~ özünü sındırmamaq, özünü toxtaq saxlamaq, eşşəkdən yıxılıb hoş-hoşdan əl çəkməmək.