1. Bir şeylə vurularaq tozu çıxarılmaq (yorğan-döşək, geyim, xalça-palaz və s. haqqında). □ İsti paltarların boğçadan çıxarılıb həyətlərdə, eyvanlarda çırpıldığını, şəritə atıldığını görmək olurdu. (Mir Cəlal).
2. Bərk səslə örtülmək. □ Hümmət cavab verincəyə qədər qapı çırpıldı. (B.Bayramov).
3. Şappıltı ilə yerə dəymək: yıxılmaq. □ Gülüş .. otağın içində hərlədi, hıçqıra-hıçqıra qovladı, birdən sürüşüb üzüüstə döşəməyə çırpıldı. (S.Rəhimov).
1. Çırpınma işi, çırpınma. □ Nədir o istəkli, o heyran baxış? Nə dadlı cik-cik, nə gözəl çırpınış! (A.Səhhət).
2. Məcazi mənada: çalışıb-çabalama. □ ..elə gəlirdi ki, bəşər tarixində qəhrəmanları yetirən ancaq bir məqsədə olan meyil, .. bir arzuya doğru çırpınışdır! (M.İbrahimov).
1. Bərk döyünmək, oynamaq, titrəmək, vurmaq. □ Ürəyi (qəlbi) çırpınmaq.
2. Özünü xilas etmək üçün qanadlarını oynadaraq təlaş içində çalışmaq (quşlar haqqında). □ Qızılquş pəncəsindən qurtulub özünü insan əlində əsir görən kəklik qurtulmaq üçün həyəcanla çırpınır, əllərimizi dimdikləyirdi. (A.Şaiq).
3. Zərbə ilə örtülmək, bağlanmaq. □ Qapı çırpıldı.
4. Səs çıxardaraq toxunmaq, xəfifcə çarpmaq. □ Neva çırpınır yatağında: Sudan çıxmış balıq kimi. (R.Rza).
5. Üstündəki tozu, torpağı, su damlalarını düşürtmək üçün bədəni şiddətlə sarsıtmaq; silkələnmək. □ Qoyun çimdiriləndən sonra çırpındı.