1. Hər hansı mətndən (sənəddən) eynilə köçürülmüş hissə. □ Qərardan çıxarış.
2. Çıxartmaq işi; çıxarma.
3. Texnoloji proses nəticəsində bir məhsuldan alınan başqa məhsul; ekstrakt. □ Quşüzümü ekstraktı .. quşüzümü meyvələrindən alınan sulu çıxarışdır. (R.Əliyev).
1. Bir şeyi bir yerdən kənar etmək, xaric etmək, dışarıya atmaq; bir yerdən götürüb başqa yerə qoymaq. □ Mebeli otaqdan çıxar(t)maq.
2. Bir şeyin içərisində olan başqa bir şeyi oradan götürmək. □ Cibindən pul çıxar(t)maq.
3. İşdən, vəzifədən, məktəbdən və s.-dən xaric etmək; azad etmək. □ Vəzifədən çıxar(t)maq.
4. Qərar vermək, hökm vermək, təklif etmək. □ İclas öz-özünə dağıldı, heç bir qərar çıxarmadılar. (M.Hüseyn).
5. Paltarını, ayaqqabısını, papağını və s. kənar etmək; soyunmaq. □ Papağını çıxar(t)maq.
6. Bitdiyi, yapışdığı, girdiyi yerdən çəkərək kökü ilə birlikdə qoparmaq. □ Ağrıyan dişi çıxar(t)maq.
7. Təhlükəli yerdən uzaqlaşdırmaq, başqa, təhlükəsiz yerə köçürmək. □ Bayram aşağı əyildi, yerə sərilmiş fəhlələrdən birini qucağına alıb ortadan çıxartdı. (M.Hüseyn).
8. Zorla olduğu yerdən çıxmağa məcbur etmək; qovmaq. □ Sürünü əkin yerindən çıxar(t)maq.
9. Müvəqqəti olaraq yaşadığı yerdən başqa yerə aparmaq. □ Uşaqları yayda şəhərdən çıxar(t)maq.
10. Nəşr etmək, çap etmək, buraxmaq. □ C.Məmmədquluzadənin təsvirinə və tarixi sənədlərə görə o zaman Azərbaycan dilində qəzet çıxarmaq çox çətin məsələ imiş. (M.İbrahimov).
11. Yerin altından istehsal etmək. □ Neft (qaz) çıxar(t)maq.
12. Yara, səpmə və s. əmələ gəlmək. □ Çiban çıxar(t)maq.
13. Hündür bir yerə qaldırmaq, aparmaq. □ Şiferləri dama çıxar(t)maq.
14. Oynamaq, göstərmək, nümayiş etdirmək. □ Qədim vaxtlarda komediyanı yunanilər gülüş üçün çıxardırdılar. (N.Nərimanov).
15. Atmaq, pozmaq, qaralamaq. □ Əlyazmasının beşinci abzasını çıxar(t)maq.
16. Boşamaq, ayrılmaq. □ Arvadını çıxarmaq.
See also:
Bax: çıxarmaq.
See also:
1. Oynaqda sümüklərin yerindən oynaması. □ İmamverdi baba bilirdi ki, çıxığı yerinə tez salmaq lazımdır. (S.S.Axundov).
2. Sifət kimi: yerindən çıxmış, yerindən oynamış, irəli çıxmış, qalxıq. □ Zaman keçdikcə Güləbətinin üzünün çıxıq sümükləri görünməz olur, rəngi açılırdı. (M.İbrahimov).
1. Çıxmaq işi, çıxma. □ Vasya tez- tez bayıra çıxıb, yenə qayıdırdı.
2. Çıxmaq üçün qapı, yol və s.; çıxacaq. □ Çıxışda gözləmək.
3. İclasda və s.-də söylənilən nitq, məruzə, verilən məlumat və s. □ Dartıb hədə-qorxu nazirlərinin; Yarımçıq saxlayaq çıxışlarını; Onların parlament alqışlarını. (M.Araz).
4. Çıxma, doğma, doğuş, görünməyə başlama. □ Ayın çıxışı.
5. İdman və b. yarışlarda iştirak etmə; iştirak. □ Boksçuların Beynəlxalq yarışlarda çıxışı.
6. İfa etmə, göstərmə; artistin səhnəyə çıxması. □ Mahnı və rəqs ansamblının çıxışı.
7. Nümayiş; öz tələbini, fikrini, münasibətini camaat, kütlə qarşısında bildirmə. □ Həsənbəy Zərdabinin bu cəsarətli çıxışlarına qarşı irtica getdikcə güclənirdi. (M.İbrahimov).
8. Göyərmə, cücərmə, bitmə. □ Çıxışların batıqlara; Düşən xəfif kölgələri – Tağlardakı; Oyma “naxış ləpələri”. (B.Vahabzadə).
See also: