1. Əyrisinə, əyri-əyri; yanakı, çəp, çəpəndazı. □ Şoferin yanında çəpəki oturan prokuror sükutdan darıxaraq geri döndü. (İ.Şıxlı).
2. Düzünə yox, çəpinə, əyrisinə; yanpörtü. □ ..avtomat tüfəngini döşündən çəpəki asmışdı. (M.Hüseyn).
3. Yan tərəfə çevrilmiş halda, yan tərəfini irəli verərək, böyrünü qabağa verərək. □ Çəpəki oturmaq.
4. Bir qulağının üstünə, başının bir tərəfinə çəkərək; yanakı. □ Papağı çəpəki qoymaq.
1. Bir yerin və ya bir şeyin ətrafına taxtadan və ya başqa materiallardan çəkilən divar, barı; hasar. □ Bir cüt quyum var, qıraqları qırx çəpər. "Kirpiklər" (Tapmaca).
2. Bostanda əkini küləkdən qorumaq üçün ləklərin arasında tikan və s.-dən çəkilən sədd. □ Tikan çəpər.
See also: