1. Şəkil, forma. □ Papaqların bəzisi uzun qovun çeşnisində idi, bunların sahibinin molla və əyandan olmağı aşkar idi. (Y.V.Çəmənzəminli).
2. Naxış. □ ..evə baxdıqdan sonra Mimrə daşın üzərindəki çeşnini göstərdi. (Y.V.Çəmənzəminli).
3. Əndazə, nümunə, trafaret. □ Xalının rəngi, çeşnisi, nəqşi tərifə layiq idi. (Ə.Vəliyev).
4. Layihə. □ ..Yemək evinin çeşnisini Mimrəyə tapşırmalı. (Y.V.Çəmənzəminli).
5. Məcazi mənada: tərz, üsul. □ Axırkı sözləri Cəfər bir elə çeşni ilə dedi ki, xoşum gəldi. (E.Sultanov).
1. Hərəkətində, davranışında çox cəld olan; diribaş, zirək, qıvraq. □ Yurdun çevik, qıvraq qızları, oğlanları halay vurub yallı gedirdilər.. (M.Rzaquluzadə).
2. Zərf kimi: hərəkətində, davranışında çox cəld olan; diribaş, zirək, qıvraq. □ Çevik hərəkət etmək.
3. Yeyin, iti, cəld. □ Usta çevik addımlarla perrona çıxdı. (M.Hüseyn).