“Kül rəngində (boz) olan” deməkdir. Koroğlunun atlarından biri Qır, digəri isə Dür adlanıb. Hər ikisi rənglə bağlıdır. Dür “kəhər”, qır isə “boz” deməkdir. Dəmirqır at birləşməsi də var, onun da mənası “tünd-boz” deməkdir. İndi alınma söz olan kəhər doğma dür sözünü aradan çıxarıb. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Qır duzdur işlədirik, mənbələrdə qıra sözü var və rus dilinə “сплошь” kimi çevrilib. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Dilimizdə qır vermək ifadəsi var. Qır sözünün əsli ərəbcə ğunc kimidir və naz mənasında işlədilir. Ğunc vermək ifadəsindəki ğunc təhrif olunub və qır şəklinə düşüb. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiBu, nalbənd alətidir. Atı nallamaq üçün əvvəlcə onun dırnaqlarını yonur, hamarlayırlar. Həmin alət qıracaq adlanır, qırmaq feilindəndir, “yonmaq, kəsmək (qırxmaq)” mənasında işlədilir. Elə qırxmaq sözü də qırmaq feili ilə bağlıdır. Bu alətin yonacaq, qırxacaq kimi başqa adları da olub. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiSözün əsli qırıq kimi olub. Qır feildir, -ıq feildən ad düzəldən şəkilçidir. Say sistemində əvvəl 3, sonra 7, nəhayət, 40 rəqəmləri sonuncu olub: 3 – uc deməkdir. 7 – yetdi (çatdı) deməkdir. 40 – qırıldı (o tərəfə ədəd yoxdur) deməkdir. Sonra 100 və 1000 son ədədlər olub. Həmin sayların qeyri-müəyyən çoxluq (3 gün 3 gecə; 40 gün, 40 gecə, 100 ölç, bir biç) bildirməsi də bununla bağlıdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiF.Ələkbərov “Allah, Məhəmməd, ya Əli” kitabında yazır: “Hicri 61-ci il məhərrəmin 10-unda Hüseynin ətrafında 90-a yaxın adam vardı, bunlardan 40-ı ən sadiq olanlar idi” (səh.45). 40-lar buna işarədir. R.Gülpınarlı “İslamda təriqətlər və məzhəblər...” kitabında (səh.14-15) yazır: “Peyğəmbər qohumlarından 40 nəfəri yanına dəvət edir və islamı yaymaq üçün kömək göstərmələrini arzulayır. Əli birinci razılığını verir və xəlifə rütbəsini Məhəmməd ona tövsiyə edir”. 40-lar bu şəxslərdir. Əli də onların biridir. İkinci yozum daha inandırıcıdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiKökü qırmaq feilidir. Mənbələrdə “saqqal qır” (saqqalı qırx) cümləsi var. –x şəkilçisi (əsli: -ıx) qalx feilində də var. Qaldırmaq (əsli: ağdırmaq) sözündən məlum olur ki, feilin kökü qal sözüdür. –x (əsli: -ıx) və -dır şəkilçiləri ona müxtəlif mənalar verir. Yolux, solux sözləri də eyni qəlib üzrə əmələ gəlib. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğəti1. Qırmaq feilindən düzəlib. Dəridəki qırışlar (paltarda da) qırılmaqla bağlı olub.
2. Ad-feil omonimi olan bu söz qırğız dilində qırış, qazaxlarda isə burıs kimi işlədilir. Bürüşmək (burulmaq) feili ilə qohumdur. Bizdə təhrif nəticəsində qırış şəklinə düşüb. Bür (buz, bük, bürü, büzük, büzüş) sözü “делать складки” mənasını verən kəlmədir. Qırış (моршина) da bunlarla qohumdur. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiBir ehtimala görə, sözün kökü qırmaq feili ilə bağlıdır. Saxlamaq feilindən saxlanc kəlməsi, tıxmaq feilindən tıxac kəlməsi əmələ gəldiyi kimi, qırmaq feilindən də qırmanc sözü yaranıb. İkinci ehtimala görə, söz mürəkkəb olub, qır və biç sözlərinin birləşməsindən törəyib. Карбач şəklində rus və polyak dillərində də işlədilir ki, bu, 2-ci variantın doğruluğunu sübut edir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğəti