Güman edirəm ki, sözün ikinci hissəsi zənci kəlməsinin dəyişmiş formasıdır: ərəb zəncisi. İkinci yozum: ikinci hissə zəngulə kəlməsi ilə də bağlı ola bilər (zildən qışqıran). Üçüncü mülahizə: söz ərəb cəngi (döyüşçüsü, igidi) mənası ilə də bağlı ola bilər. Bu daha inandırıcıdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiDilimizdə mənaca yaxın olan qısır və ərəmik sözləri var. Ərəmik “ər”(kişi) sözü ilə bağlıdır: ərdən yarımayan (heç vaxt doğmayan) deməkdir. Mənbələrdə ərəm sözü var və “hələ doğmamış” deməkdir. Qısır isə qədim mənasına görə “qız qalan” (əri olmayan) deməkdir. Müasir mənada isə müxtəlif səbəblərə (xəstəlik, aclıq və s.) görə “doğmayan” deməkdir. V.Radlov yazır ki, ərəm sözü “hələlik doğmamış” deməkdir. Ərəmik isə “doğmayan” anlamını əks etdirir (rusca: “яловый”). Ər sözü ilə bağlıdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiKökü “igid” mənasını verən ər sözüdür. Kişi anlamında işlədilən ər sözü də yuxarıdakı ilə eyni olub. İndi Anadolu türkləri kişi əvəzinə erkək kəlməsini işlədirlər. “Bizdə filankəs erkək adamdır” cümləsi var və buradakı erkək elə igid anlamını əks etdirir. Ərən sözündəki ən şəkilçisi tarixən çoxluq bildirib, sonra mənasını dəyişib. Ərən “igidlər” demək olub, indi isə “igid” mənasını əks etdirir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiYetişmək, çatmaq mənasını verən ermək feili var. Ərgən həmin feildən əmələ gəlib, mənası yetişmiş deməkdir. Oğlana da, qıza da ərgən deyirik. Deməli, söz ər (kişi, oğlan) kəlməsi ilə bağlı ola bilməz. Ata malı qardaşlar arasında bölünərkən hələ arvad almamış qardaşa əlavə pay verilirmiş. Buna “ərgənlik” deyiblər. Quzuqulağı, xımı, turşəng (əsli farsca türşək) kimi yeməli bitkilərin gövdəsi bərkiyəndə erkəkləyib deyirlər. Bu da yetişmək, vaxtı ötmək anlamı ilə bağlıdır. Qaqauz dilində ərgən əvəzinə, yergin işlədilir. Görünür, sözün əsli yetişmək feili ilə bağlı olub. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiQədimdə çəyirdəyi bərk qabıqla örtülmüş, giləmeyvə ilə müqayisədə böyük olan bütün meyvələrə ərik deyilib (Bağda ərik var idi..). Bu kəlmənin iki yozumu mümkündür:
1. Çəyirdəyə həm də uruq demişik, deməli, çəyirdəkli mənasını verir.
2. İndiki iri sözü qabaqlar irik kimi işlədilib. Bu mənada ərik “iri” (böyük) deməkdir. Birinci yozum daha inandırıcıdır. M.Fasmer ərik sözünü ər (tez) sözü ilə bağlayır. Ərik həm də gec yetişən meyvələrə deyilib, ona görə də Fasmer səhv edir. Radlov türk dillərində aşağıdakı meyvələrin ərik adlanmasını yazıb: Amasiya əriyi, bardaq əriyi, mürdüm əriyi, hind əriyi, firəng əriyi, qara ərik (gavalı), sarı ərik (qaysı) və s. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğəti