Gözlərini bir nöqtəyə dikmək, kirpiklərini qırpmadan diqqətlə bir nöqtəyə baxmaq (çox vaxt “gözlərini” sözü ilə). □ Baxışını zilləmək.
Zilə keçmək, səsi zilə qaldırmaq. □ Tərəqqi, tənəzzül kəmənçəsini; Gah zilləyib, gah da bəmə çəkirsən. (Aşıq Ələsgər).
Azərbaycan dilinin izahlı lüğəti1. Zilləyib baxmaq, gözlərini qırpmadan diqqətlə bir nöqtəyə baxmaq.
2. Yönəldilmək, dikilmək. □ ..Xəlfə ayağa durub qapıya yanaşdı, hamının gözü ona zilləndi. (M.Hüseyn).
3. Dik qalxmaq. □ Havaya zillənib, uçmaq istərdi; Dəhşətli bir meydan açmaq istərdi. (H.K.Sanılı).
Zilə qalxmaq, yüksəlmək, ucadan səslənmək.
Azərbaycan dilinin izahlı lüğəti1. Çətinlik, ağır şərait, pis vəziyyət, ağır maddi ehtiyac, yoxsulluq, məşəqqət, üsrət. □ İnsanın zilləti də, izzəti də öz əlindədir. (Atalar sözü).
2. Həqirlik, xarlıq, alçalma. □ ..Düşdüyüm mühit məni zillət və səfalət içində sürünməyə məhkum etmişdi. (S.Hüseyn).
See also: