1. Vulqarizm. Çox yekə, çox böyük, yekəpər, yöndəmsizcəsinə iri. □ Zırpı kişi.
2. Vulqarizm. İsim kimi: çox yekə, çox böyük, yekəpər, yöndəmsizcəsinə iri. □ Zırpının biridir.
3. Vulqarizm. Qanmaz, anlamaz, qaba, kobud adam.
4. Vulqarizm. İsim kimi: qanmaz, anlamaz, qaba, kobud adam.
1. Klassik ədəbiyyatda bəzəkli, zinətli, yaraşıqlı, qəşəng mənalarında işlənmişdir. □ Ziba nimtənəli, tikmə köynəkli; Gözləri qəmzəli, qallı sənəm, gəl! (Xəstə Qasım).
2. Klassik ədəbiyyatda gözəl, göyçək mənalarında işlənmişdir. □ Surəti ziba sənəmlər yox demən bütxanədə; Var çox, əmma sənə bənzər büti-xunxar yox. (M.Füzuli).