Heyvanların boynuna, dəfin sağanağına taxılan xırda zəng,qumrov. □ Tək çalınan zınqırovlar uzun-uzun guvuldar; Usandıran bir səs ilə vıyıldar. (A.Səhhət).
See also:
Zınqırov asılmış, zınqırovu olan. □ Zınqırovlu dəvə.
Bax: zəngçiçəyi.
Bax: zınq (2-ci mənaya).
Bir şey yuxarıdan düşdükdə, yaxud bir yerə dəydikdə çıxan səsi bildirən təqlidi söz.
Oyunda axırıncı; uduzmuş partnyor.
1. Vulqarizm. Çox yekə və yöndəmsiz, yekəpər. 2. Vulqarizm. Sifət kimi: çox yekə və yöndəmsiz, yekəpər. 3. Vulqarizm. Qanmaz, anlamaz, qaba, kobud adam. 4. Vulqarizm. Sifət kimi: qanmaz, anlamaz, qaba, kobud.
Bax: zırı.
Bax: zırıldamaq.
1. Zır-zır etmək, usandırıcı bir səslə ağlamaq. □ ..Sənə demədimmi çox zarıldayıb zırıldama? (B.Talıblı). 2. Məcazi mənada: xoşa gəlməyən bir səslə ağlarcasına oxumaq. □ Uşaq qırıq val kimi zırıldayırdı. (Mir Cəlal).
Bax: zırıldatmaq.
Zırıldamağa məcbur etmək, zırıldamasına (ağlamasına) səbəb olmaq; ağlatmaq.
1. Zırıldama, zır-zır ağlama. □ Zırıltı səsi. 2. Səs-küy, mərəkə, həngamə, dava-qalmaqal, dava-dalaş, araqarışma. □ Zırıltı qopmaq.
Zəngin çıxardığı səsi bildirən təqlidi söz.
Zınqıldaya-zınqıldaya, zəng kimi zınqıldayaraq, səs sala-sala. □ ..Fayton .. zırınqazırınqla hərəkət edirdi. (S.Rəhimov).