1. Qızıl suyu ilə vurulmuş nişanı (naxışı) olan, qızıl nişanlı. □ Hərami könlümə tapşırdı zərnişan oxlar; Ki hər birisi dəyər padşah xəzinəsinə. (Qövsi Təbrizi).
2. İsim kimi: zərli, bəzəkli, naxışlı parça və bu parçadan tikilmiş paltar. □ Ağ xələt bürünər, zərnişan geyməz; Heç kəsi dindirib keyfinə dəyməz. (Aşıq Ələsgər).
3. İsim kimi: zər. □ ..Onun şəklini elə toxu ki, nə qardan, çovğundan, nə də yüz il keçəndən sonra vurduğun naxışların zərnişanı solmasın... (Ə.Məmmədxanlı).
4. Ümumiyyətlə bəzəkli. □ Yaşıl nimtənəli, gülgəz qəbalı; Başında dəstarı zərnişan Pəri! (Aşıq Əmrah).
1. Klassik ədəbiyyatda qızıldan düzəldilmiş, qızıldan qayrılmış mənalarında işlənmişdir. □ Dövrü bir bəzmdir behişti-bərin; Tac zərrin, sürahi həm zərrin. (M.Füzuli).
2. Klassik ədəbiyyatda zərli mənasında işlənmişdir. □ Bəzək bilməz bu diyarın göyçəyi; Tanımaz al çarqat, zərrin ləçəyi. (M.P.Vaqif).
3. Qızıl kimi, qızıl rəngində, qızıl kimi parlaq. □ Zərrin qədəh.
1. Bir işə hər halda və vəziyyətdə məcbur olma, istər-istəməz onu əmələ gətirmə; məcburiyyət, naçarlıq, çarəsizlik. □ Zərurət insana hər şeyi öyrədər. (Atalar sözü).
2. Lazım olma, lüzum, vaciblik, ehtiyac. □ Cəmiyyətin bütün mütərəqqi adamları .. qüvvələrini birləşdirmək zərurətini anlamışlar. (M.İbrahimov).
3. Son dərəcə yoxsulluq, möhtaclıq, ehtiyac.