1. Vurulduqda xüsusi səs çıxarmaq üçün içərisində metal dili olan, ağzıgen, kəsik konusşəkilli mis və ya mis ərintisindən qayrılmış alət. □ Dəmiryol zəngi.
2. Həmin alətin heyvanların boynundan asılan kiçik növü; zınqrov. □ ..yük heyvanlarının boynundan asılmış zənglərin ahəngsiz və qarma-qarışıq səsindən başqa bir şey eşidilmirdi. (M.S.Ordubadi).
3. Səs siqnalı vermək üçün metal cihaz. □ Qapı zəngi.
4. Bu alət vasitəsilə çıxarılan səs siqnalı. □ Saatın zəngi.
Azərbaycan dilinin izahlı lüğəti1. Çoxlu mal-dövləti, sərvəti, maddi vəsaiti olan, çox varlı. □ Zəngin şəhər.
2. Eyni mənada adam haqqında. □ Zəngin adam.
3. Çox bol, çoxlu, bollu, çox geniş. □ Zəngin fond.
4. Çox qəşəng, çox gözəl, möhtəşəm, dəbdəbəli, təmtəraqlı, cah-calallı. □ O yerdə ki quşlar oxur, söylənilən türkülər; Andırır ki, o torpağın zəngin təbiəti var. (S.Vurğun).