1. Silah və s. ilə yara vurmaq, yara açmaq; zədələmək. □ Əlini yaralamaq.
2. Məcazi mənada: mənəvi əzab və iztirab vermək, qəlbini sındırmaq, ruhən incitmək (çox vaxt “qəlbini”, “ürəyini” sözləri ilə). □ Əsmərcan, sən mənim ürəyimi yaralayırsan! (S.Hüseyn).
Azərbaycan dilinin izahlı lüğəti1. Güllə, kəsərti və s. ilə bədəninin bir yerində yara açılmaq, bədəninin bir yeri zədələnmək, yara olmaq. □ Ayağından yaralanmaq. Müharibədə yaralanmaq. Güllə ilə yaralanmaq.
2. Məcazi mənada: çox ağır mənəvi sarsıntıya məruz qalmaq; dərdlənmək. □ Yaralıdır könlüm quşu, yaralı; Yaralandı yazıq şair olalı. (Ə.Cavad).
Azərbaycan dilinin izahlı lüğəti