İşlənən, sərf olunan pul; məsarif, məsrəf, məxaric; sərf olunacaq pul. □ Aldıqlarının xərcini ödəmək.
See also:
Zoologiya. Buğumayaqlılar tipindən üstü qınla örtülü və baş tərəfdə iri qısqacları olan suda yaşayan onurğasız heyvan. □ Xərçəng molyusklarla qidalanır.
Tibb. İnsan və heyvanın həm iç, həm də bayır orqanlarında əmələ gələn xətərli şiş. □ Xərçəng xəstəliyi.
See also:
1. Daş, qum və s. şeylər daşımaq üçün taxtadan və s.-dən düzəldilmiş alət. □ Xərəklə qum daşımaq.
2. Xəstə, yaralı daşımaq üçün iki uzun dəstəyə bənd edilmiş parçadan ibarət alət. □ Xəstəni xərəkdə əməliyyata aparmaq.
3. Yayla çalınan musiqi alətlərində simlərin altına qoyulan altlıq (taxta və s. parçası).