1. İncəsənət. Artistin səhnədə, kinofilmdə təmsil etdiyi surət. □ Molla rolunu oynayan aktyor Sona xalaya sataşmaq məqsədilə ..zarafat etməyə başladı. (S.S.Axundov).
2. Məcazi mənada: müəyyən situasiyada yalandan artistlik etmək, rol oynamaq. □ Mahmud öz arvadına evdə lazımınca təlim etmişdi. İndi burada rolunu yaxşı ifa etməyinə şübhələnməyirdi. (B.Talıblı).
3. Teatr-kino. Pyesin, tamaşada iştirak edən hər bir aktyora aid olan mətni. □ Rolunu əzbərləmək. Rolunu oxuyub təkrarlamaq.
4. Rolunda şəklinlə – ... sifətilə, bir ... kimi. □ Müşahidəçi rolunda iştirak etmək.
See also:
1. Balaca metal diyircək, çarx, təkər (məsələn, rahat hərəkət etdirmək üçün mebellərin, royalın və s. ayaqlarında).
2. Elektrik məftillərini divarda, tavanda və s.-də bərkitmək üçün farfordan və s.-dən düzəldilmiş izolyator; fincan.
3. Təkərcikli konki; ayaq diyircəyi. □ Rolik sürmək.
Azərbaycan dilinin izahlı lüğəti1. Musiqi. Fortepiano və ya başqa musiqi alətinin müşayiətilə oxunmaq üçün hər hansı bir şairin sözlərinə yazılmış kiçik vocal əsəri. □ İndi bizim şöhrət qazanmış simfonik əsərlərimiz, romanslarımız, mahnılarımız vardır. (İ.Əfəndiyev).
2. Musiqi. Musiqiyə köçürülmüş kiçik lirik əsər.
Azərbaycan dilinin izahlı lüğəti1. Ədəbiyyatşünaslıq. 19-cu əsrin birinci rübündə klassisizmin qanunları ilə mübarizə aparan, şəxsiyyət və hissiyyatı tarixi və xalq poetik mövzuları öz yaradıcılığı üçün əsas qəbul edən cərəyan.
2. Ədəbiyyatşünaslıq. İncəsənət. Ədəbiyyat və incəsənətdə insanın yüksək mövqeyini optimistcəsinə parlaq surətlərlə göstərməyə çalışan bədii üsul. □ Hüseyn Cavidin romantikası.
3. Emosional və yüksək hisslər yaradan hər hansı bir şey. □ Azadlıq mübarizəsinin romantikası.
Azərbaycan dilinin izahlı lüğəti