1. Pərəstiş edən, tapınan sitayiş edən; ibadət edən. □ Sevgilim, eşqü həvəsdən daha mən bizaram; İndi bir başqa dilarama pərəstişkaram. (A.Səhhət).
2. Məcazi mənada: pərəstiş dərəcəsində sevən; məftun, vurğun. □ Etiraf etməliyəm ki, mən də bu cür sənətin pərəstişkarıyam. (M.İbrahimov).
Azərbaycan dilinin izahlı lüğətiDairə çəkmək və çertyojlarda xəttin uzunluğunu ölçmək üçün ikiqollu alət; sirkul. □ Pərgarla dairə çəkmək.
Bacarıqlı, bacaran, usta. □ Deməyə, danışmağa pərgarsan, ancaq əlindən bir iş gəlmir. (B.Bayramov).
Qayda, səliqə, nizam; bir şeyin saz vəziyyəti. □ Evimizə ozan gəlibdir; Pərgar pozan gəlibdir; Gündüz olan işləri; Gecə yazan gəlibdir. (Bayatı).
Astronomiya. Göyün Cənub yarımkürəsində bürc.
See also:
1. Ədəbiyyatşünaslıq. Əsatirdə cinlərin çox gözəl və cazibəli qadın şəklində təsəvvür olunan qismi.
2. Məcazi mənada: çox gözəl, məsum, xoşxasiyyət qadın və ya qız haqqında. □ Ey könlümü bir yol güldürən pəri; Niyə ağlar qoydun illərcə məni. (Ə.Cavad)
Azərbaycan dilinin izahlı lüğəti1. Dağınıqlıq, qatmaqarışıqlıq, nizamsızlıq. □ Pərişanlıq zülfün öz qaydasıdır; Nə badi-səbadən, nə şanədəndir. (M.P.Vaqif).
2. Qəmlilik, kədərlilik, qüssəlilik, məyusluq. □ Çünki var idi bizdə nadanlıq; Bizə üz verdi çox pərişanlıq. (S.Ə.Şirvani).
Azərbaycan dilinin izahlı lüğəti