1. Örtülmək, qabağı tutulmaq, görünməz olmaq. □ Ayın solğun işığı hərdən bulud ilə pərdələnib, uşaqları qaranlığa qərq edirdi. (C.Cabbarlı).
2. Məcazi mənada: üstü örtülmək, ört-basdır edilmək, gizlədilmək. □...heç bir böyük yazıçının yaradıcılığındakı nöqsanlar pərdələnmir. (S.Rəhimov).
3. Örtünmək, özünü bir şeylə örtərək görünməz etmək.
Azərbaycan dilinin izahlı lüğəti1. Pərdəsi olan, pərdə salınmış, pərdə asılmış. □ Pərdəli qapı.
2. Saylardan sonra gələrək, səhnə əsərinin neçə pərdədən ibarət olduğunu göstərir. □ Üç pərdəli komediya. Dörd pərdəli drama.
3. Zərf kimi: aradakı hörmət, həya, ədəb normalarına riayət edərək. □...qızla pərdəli dolanmaq, həyalı rəftar etmək fikrində idi. (Ə.Vəliyev).
4. Məcazi mənada: açıq olmayan, üstüörtülü. □ Pərdəli söz.
Azərbaycan dilinin izahlı lüğəti1. Girdə yastı metaldan (əsasən qızıldan, gümüşdən) düzəldilmiş yastı, ortası deşik bütöv dəyirmi nazik lövhəciklərdən ibarət qadın bəzəyi. □ Qızıl pərək. Gümüş pərək.
2. Parıldayan materialın xırda, nazik qırıntısı. □ Gəlinin üzünə ağ-sarı pərəklər yapışdırıb, başına parlaq cığcığa tökdüklərindən onun hər tərəfi parlayırdı. (M.S.Ordubadi).
Bax: pərə.
Azərbaycan dilinin izahlı lüğəti1. Pərən-pərən düşmək (olmaq) – bir-birindən aralı düşmək, bir-birini itirmək, hərə bir yerə dağılmaq. □ Balaca uşaqlar... pərən-pərən düşmüşdülər. (C.Məmmədquluzadə).
2. Pərən-pərən salmaq (etmək) – bir-birindən aralı salmaq, bir-birindən ayırmaq, hərəni bir yerə atmaq, dağıtmaq. □ Müharibə ailə üzvlərini pərən-pərən etdi.
See also: