Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

pərdə [pərdə] isim fars

1. Qapı, pəncərə və s.-dən asılan örtü və ya bir yeri iki hissəyə ayırmaq üçün asılan iri parça. □ Tül pərdə. Pərdə ilə otağı iki hissəyə bölmək.

2. Teatrda səhnəni tamaşa salonundan ayıran asılmış iri örtü. □ Səhnədən yeni pərdə asılmışdı. (Ə.Sadıq).

3. Ədəbiyyatşünaslıq. Səhnə əsərlərinin ən böyük hissələrindən hər biri. □ İki şəkildən ibarət pərdə. Balet üç pərdədən ibarətdir.

4. Musiqi. Bəzi simli musiqi alətlərinin (tar, saz və s.) qolundakı bölmələrdən hər biri (bunların hər birinə barmaqla və ya mizrabla toxunduqda başqa bir səs çıxarır). □ Oğlan sazın zil pərdəsini dilləndirir. (A.Şaiq).

5. Mayenin üzərində əmələ gələn təbəqə. □ Südün üzərindəki yağ pərdəsi.

6. Məcazi mənada: bir şeyi hər tərəfdən örtən, bürüyən, qapayan nazik təbəqə. □ Toz pərdəsi. Duman pərdəsi.

7. Anatomiya. Canlı orqanizmdə bir boşluğu ikiyə bölən nazik təbəqə. □ Qulaq pərdəsi. Göz pərdəsi.

8. Məcazi mənada: çarşab, ümumiyyətlə, görməyə mane olan şey. □ Pərdədə saxlanma, çıx, ey sevgili dildarımız. (M.Hadi).

9. Məcazi mənada: örtü, örtük. □ Dan yeli hər yana ətir dağıdır; Çöllərə çəkilir yaşıl bir pərdə. (A.Şaiq).

10. Məcazi mənada: böyüklə kiçik, yaxud qadınla kişi arasında gözlənilməli olan hörmət, abır-həya hissi. □ Arada pərdə olmalıdır.

See also:

frazeologizm: arada pərdə saxlamaq (olmaq) frazeologizm: aradan pərdəni götürmək frazeologizm: dəmir pərdə frazeologizm: gözdən pərdə asmaq frazeologizm: gözünə pərdə çəkmək frazeologizm: gözünə pərdə gəlmək frazeologizm: pərdə çəkmək frazeologizm: pərdə saxlamaq frazeologizm: pərdəni götürmək frazeologizm: üzünə pərdə çəkmək frazeologizm: üzünün pərdəsi yırtılmaq Azərbaycan dilinin izahlı lüğəti