1. Atanın, yaxud ananın anası; nəvəsi olan qadın. □ ...İkramın fikri dəyişir, bütün günahları nənəsində görürdü. (Ə.Əbülhəsən).
2. Bəzi yerlərdə anaya deyilir.
3. Nitq etiketi. Yaşlı qadına hörmətlə müraciət (bəzən xitab yerində işlənir). □ Nənə, buyurun, əyləşin.
4. Yaşlı, çox qoca qadın haqqında. □ Qurban sana qarı nənən; Xeyir xəbər gətirdim mən. (S.Vurğun).
See also:
1. Erkək dəvə. □ Sarbanın yerə yatırdığı nər dəvə onu belinə aldı, sonra nərildəyərək ayağa qalxdı. (Ə.Məmmədxanlı).
2. İsim kimi: dəvənin erkəyi. □ ...dizi qara nərlər, gözəl arvanalar... qoyun sürülərinin dalınca gəlirdilər. (Ə.Vəliyev).
1. İgid, cəsur, qəhrəman; qorxmaz, güclü, qüvvətli, cəsarətli. □ Qovğa günü öyündüyüm; Nər dəlilər yerindəmi? (“Koroğlu”).
2. İsim kimi: igid, cəsur, qəhrəman; qorxmaz, güclü, qüvvətli, cəsarətli adam.
Azərbaycan dilinin izahlı lüğəti1. 24 xanası olan iki çərçivəli taxtadan, 30 daşdan və iki zərdən ibarət oyun aləti. □ Bir otaqdan nərdin şaqqıltısı eşidilir, o biri otaqda...şahmat oynanılırdı. (M.Rzaquluzadə).
2. 24 xanası olan iki çərçivəli taxtadan, 30 daşdan və iki zərdən ibarət oyun aləti ilə oynanılan oyun. □ Axşamçağı nərd oynamağa yanıma gəlmiş dostum... (B.Talıblı).
Zoologiya. Qiymətli əti, kürüsü olan, çaylarda, dənizlərdə yaşayan qığırdaqlı balıq.
Dialekt. Evlərin üstünə qoyulan tir. □ Su gəldi, pərə dəydi; Ox keçdi, nərə dəydi; Sənin kimi cavanlar; Tezliklə yerə dəydi. (Bayatı).
1. Hücum, həmlə, vuruş əsnasında bərk bağırma; bağırtı.
2. Ümumiyyətlə bərk qışqırıq; çığırtı. □ ...birdən elə nərə çəkib qışqırdı ki, səsinə çöllər titrədi. (M.İbrahimov).
See also:
1. Ətirli ağ və ya sarı çiçəkləri olan soğanaqlı gül. □ Nərgizi, bənövşəni; Qəddinə heyran elədin! (Aşıq Ələsgər)
2. Məcazi mənada: bəzən gözəlin gözləri bu gülə oxşadılır. □ Oğrun baxa-baxa, ey çeşmi nərgiz; Dərdə saldın məni, xəstəhal etdin. (M.P.Vaqif)
Azərbaycan dilinin izahlı lüğəti