Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

iqtisadiyyat [ik'tisa:diyat] isim ərəb

1. İqtisadiyyat. Cəmiyyətin mallara və xidmətlərə tələbatının məhdud vəsaitlərlə maksimal dərəcədə ödənilməsi üsullarını, bu mal və xidmətlərin istehsalı, bölgüsü, satışı prosesində insanlar arasında yaranan münasibətləri öyrənən elm.

2. İqtisadiyyat. İnsanların mallara və xidmətlərə olan tələbatı ödəmək üçün istifadə etdikləri üsulların, obyektlərin məcmusu, ümumi təsərrüfat.

See also:

coğrafiya: açıq iqtisadiyyat coğrafiya: bazar iqtisadiyyatı coğrafiya: qapalı iqtisadiyyat coğrafiya: regional iqtisadiyyat Azərbaycan dilinin izahlı lüğəti

il [il] isim

1. Coğrafiya. Yer kürəsinin Günəş ətrafında bir dəfə dövr etdiyi müddət (yanvarın 1-dən başlayaraq hesablanan 12 aylıq dövr); ümumiyyətlə, Günəş ətrafında hər hansı planetin dövr müddəti. □ Bir tikənin qırx il haqqı var. (Atalar sözü).

2. Hər hansı bir gündən başlayaraq hesablanan 12 aylıq bir müddət. □ İki il səfərdə olmaq.

3. Cəm şəklində: tərkibdə sıra sayları ilə onillik müddətləri göstərir. □ Doxsanıncı illər.

4. Cəm şəklində: müəyyən zaman, dövr bildirir; dövr, zəmanə. □ Tələbəlik illəri. Məktəb illəri. Müharibə illəri.

See also:

frazeologizm: ay dolandı, il keçdi frazeologizm: ay ötdü, il dolandı frazeologizm: ayda-ildə bir frazeologizm: il vermək frazeologizm: ili çıxmaq frazeologizm: it ilində frazeologizm: it ilindən qalma frazeologizm: yüz il qala coğrafiya: ilin fəsilləri coğrafiya: ilin mövsümləri coğrafiya: illik amplituda coğrafiya: illik temperatur amplitudası coğrafiya: siderik il coğrafiya: tropik il coğrafiya: ulduz ili Azərbaycan dilinin izahlı lüğəti