İkisi bir yerdə, iki nəfər birlikdə, üçüncü şəxsin iştirakı olmadan. □ Məsələni ikilikdə danışarıq.
İki litr ağırlığında olan, iki litr tutan. □ İkilitrlik butulka.
Bax: ikilüləli.
İki lüləsi olan; qoşalülə. □ İkilüləli tüfəng.
İki manata dəyən, iki manat qiymətində olan. □ İkimanatlıq ərzaq.
İki metr uzunluğunda olan. □ İkimetrlik parça.
İldə iki dəfə məhsul verən. □ İkiməhsullu bitkilər.
1. Dilçilik. İki mənası olan, iki məna verən. □ İkimənalı söz. 2. Eyhamlı, üstüörtülü, pərdəli, iki cür başa düşülə bilən. □ Pərdəli, ikimənalı danışıqlardan da xoşum gəlməz. (Ə.Vəliyev).
İki mənaya malik olma. □ Sözün ikimənalılığı.
İki mənzildən ibarət olan. □ İkimənzilli ev.
Bax: ikimərtəbəli.
İki mərtəbəsi olan, ikiqat(lı). □ İkimərtəbəli ev.
Bax: ikimilli.
İki mili olan. □ İkimilli dəftər.
İki motoru olan, iki motorla işləyən. □ İkimotorlu təyyarə.