1. Bax: ikiləmək. 2. İki dəfə əkilmiş eyni yer.
1. Bir şeyi, bir məsələni iki hissəyə bölmək. 2. İki eləmək, qoşalaşdırmaq, cütləşdirmək, bir şeyin üstünə birini də artırmaq. □ Ay qız, gözün aydın, ikiləmisən ki, adı nədir? (Mir Cəlal). 3. Bir işi iki yol görmək.
Bax: ikilənmək.
1. İki edilmək, qoşalandırılmaq, bir şeyin üstünə biri də əlavə edilmək. 2. İki yerə ayrılmaq, şaqqalanmaq. 3. Məcazi mənada: iki cür olmaq, iki tərəfə meyil etmək, bütövlüyünü itirmək, ziddiyyətli olmaq.
Botanika. İki ləpəsi olan. □ İkiləpəli bitkilər.
Botanika. Toxumu iki ləpədən ibarət olan bitkilər fəsiləsinin adı.
Bax: ikiləşdirmək.
Sayını iki eləmək; cütləşdirmək.
Bax: ikiləşmək.
1. İki olmaq, bir cut olmaq; qoşalaşmaq. □ Qızlar ikiləşib getdilər.
2. İki yerə ayrılmaq, şaqqalanmaq. 3. Məcazi mənada: iki cür olmaq, iki tərəfə meyil etmək, bütövlüyünü itirmək, ziddiyyətli olmaq.
Bax: ikilətmək.
Sayını iki eləmək; cütləşdirmək. □ Paltarı ikilətmək.
1. İkisi bir yerdə, ikilikdə. □ İkili yaşamaq. 2. Çox vaxt bir-birinə zidd iki müxtəlif keyfiyyəti ehtiva edən; ziddiyyətli.
See also:
Əvvəl-axır, gec-tez, nə cür olursa olsun, hər halda, necə olsa, mütləq. □ İkilibaşlı bu işi görməlisən.
1. İki xalı olan oyun kağızı. □ İkilik atmaq. 2. İkitirəlik, ziddiyyət. □ Bu aralıq həyatda bir ikilik törənmişdi. (C.Cabbarlı). 3. Sifət kimi: iki rəqəmi ilə işarə olunan, nömrələnən, ölçülən və s. □ İkilik taxta.