1. İnkar cümlələrində gözlənilən bir işin vaxtında baş vermədiyini, gecikmiş olduğunu bildirir – hələ də; indiyədək, hələ ki. □ Camaat hələ yığılmayıb.
2. Vaxt, yer bildirdikdə – artıq, daha. □ Hələ uşaqkən təbiəti sevmişəm.
3. Bir də, əlavə, üstəlik. □ Hələ xəstəyə də baş çəkməliyəm.
4. Hələlik, indi. □ Sən hələ uşaqsan, başa düşməzsən.
5. Bir şeyin qurtarmadığını, davamı, dalı, sonrası olacağını bildirir. □ İşlər hələ qurtarmayıb.
See also:
1. Bir müddət, bir qədər, bir müddətə qədər, müvəqqəti (olaraq). □ Hələlik burada otur.
2. Hazırda, bu saat, indi. □ Hələlik işini gör, söhbət sonraya qalsın.
3. Nitq etiketi. Xudahafiz! görüşənədək! sağ ol! □ ..Hələlik, – deyə, gülə-gülə uzun-caydaq qıza əl elədi.. (M.Hüseyn).
1. Hər hansı, hər bir. □ Çünki Mina xanımı təsvir etmək hələm-hələm adamın hünəri deyil. (M.İbrahimov).
2. Zərf kimi: tez, asanlıqla. □ Fiziki işə lap körpəlikdən adət etdiyim üçün hələm-hələm yorulmazdım. (İ.Əfəndiyev).
3. Zərf kimi: boş-boşuna, əsassız, səbəbsiz. □ Mən də hələm-hələm bayraq taxmaram; Göyümdə göyərən göydələnlərə. (M.Araz).
1. Xasiyyətcə, təbiətcə yumşaq (adam haqqında). □ Həlim adam.
2. Sakit, dinc (heyvan haqqında). □ Həlim buzov iki inəyi əmər. (Atalar sözü).
3. Xoşagələn, ürəyəyatan, qulağa xoş gələn (səs haqqında). □ Müəllim bir qədər həlim və mülayim səslə soruşdu.. (Ə.Vəliyev).
İçərisində düyü və s. qaynadılması nəticəsində hasil olan qəliz su. □ Süzülmüş düyünün üstünə ilıq su gəzdirməklə onu yuyurlar ki, həlimi getsin.
Azərbaycan dilinin izahlı lüğəti