Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

girmək [girməx'] feil

1. Daxil olmaq, içəriyə keçmək. □ Otağa girmək. Qapıdan girmək.
2. Sığmaq, yerləşmək. □ Əlim əlcəyə girmir.
3. Çatmaq, yetişmək, daxil olmaq. □ Maşınla həyətə girmək. Qrupa girmək. Facebooka girmək.
4. Başlamaq, başlanmaq, gəlmək, daxil olmaq. □ Yaz girdi. Qış girdi.
5. Bir yerdə gizlənmək, bir şeylə örtünmək. □ Süzülən nurunu toplayıb qəmər; Girdi buludlara, qaraldı göylər. (M.Rahim).
6. Daxil olmaq. □ Doktoranturaya girmək.
7. Batmaq, keçmək. □ Əlinə mismar girdi.
8. Məcazi mənada: girişmək, başlamaq.
9. Məcazi mənada: bir şeylə örtünmək.
10. Yuyunmaq, çimmək üçün bir şeyin içinə, ya bir yerə daxil olmaq. □ Suya girmək. Dənizə girmək.
11. Soxulmaq. □ Adamların içinə girmək.
12. Dolmaq (adətən “yaşa, yaşına” sözü ilə). □ 30 yaşa girmək.
13. Pul, çəki və s. haqq-hesabında aldatmaq.

See also:

frazeologizm: ağzının içinə girmək frazeologizm: araya girmək frazeologizm: başdan girib ayaqdan çıxmaq frazeologizm: başı girməyən yerə bədənini soxmaq frazeologizm: başına girməmək frazeologizm: beyninə batmaq (girmək) frazeologizm: bəhsə girmək frazeologizm: boyunduruq altına girmək frazeologizm: bu sən girən kol deyil frazeologizm: burnu girməyən yerə başını soxmaq frazeologizm: cibə girmək frazeologizm: cilddən-cildə girmək frazeologizm: cildə girmək frazeologizm: çənəsinin altına girmək frazeologizm: çürümüş kəndirlə quyuya girmək frazeologizm: dama girmək frazeologizm: dırnaqla ətin arasına girmək frazeologizm: dili qarnına girmək frazeologizm: diri-diri qəbrə girmək frazeologizm: dona girmək frazeologizm: dondan-dona girmək frazeologizm: ətlə dırnaq arasına girmək frazeologizm: girməyə siçan deşiyi axtarmaq frazeologizm: gözə girmək frazeologizm: gözünə girmək frazeologizm: xalqın cibinə girmək frazeologizm: xəcalətdən yerə girmək frazeologizm: işin altına girmək frazeologizm: işin içinə girmək frazeologizm: iynə olub gözə batmaq (girmək) frazeologizm: küpünə girmək frazeologizm: qanının arasına girmək frazeologizm: qapıdan girib bacadan çıxmaq frazeologizm: qapıdan qovursan, bacadan girir frazeologizm: qəlbinə girmək frazeologizm: qəlbinə şeytan girmək frazeologizm: qılığına girmək frazeologizm: qoltuğuna girmək frazeologizm: qoyun cildinə girmiş qurd frazeologizm: qulağa girmək frazeologizm: qulağına girməmək frazeologizm: qulağına söz girməmək frazeologizm: mələk donuna girmək frazeologizm: min bir dona girmək frazeologizm: ölüb qəbrə (yerə) girmir frazeologizm: özgə dona girmək frazeologizm: rəngdən-rəngə girmək frazeologizm: rola girmək frazeologizm: söz üçün cibə girməmək frazeologizm: tərəziyə girmək frazeologizm: utanıb yerə girmək frazeologizm: ürəyinə girmək frazeologizm: yatsa, yuxusuna da girməzdi frazeologizm: yer yarılsa, yerə girərdi frazeologizm: yerə girmək frazeologizm: yuxusuna girmək frazeologizm: yükün altına girmək Azərbaycan dilinin izahlı lüğəti