Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

damar [damar] isim

1. Anatomiya. Canlılarda içərisində qan və ya limfanın dövr etdiyi boruşəkilli orqan. □ Qan damarları. Damarları şişmək.

2. Çeşmənin mənşəyi, başlanğıcı. □ Dağ ətəyində bir çeşmə vardır, özü aranda da olsa, damarı dağdan gəlir. (S.Rəhimov).

3. Geologiya. Süxurda, ağacda və s.-də zolaq şəklində təbəqə; lay; yarpaqlarda cizgi şəklində izlər. □ Faydalı qazıntıların bəziləri böyük kütlələr şəklində, bəziləri ayrı-ayrı damarlar, səpələnti və sairə şəklində tapılır. (M.Qaşqay).

4. Məcazi mənada: xüsusiyyət, həvəs, təmayül, qabiliyyət, bacarıq. □ Quluda alverçilik damarı vardı. (A.Şaiq).

5. Məcazi mənada: hiss, duyğu. □ Onların da milliyyət hissi və qeyrət damarı ayılıbdırmı? (F.Köçərli).

See also:

frazeologizm: boş damar frazeologizm: boş damarını tutmaq frazeologizm: can damarı frazeologizm: damarı boş olmaq frazeologizm: damarı tutmaq frazeologizm: damarına baxıb qan almaq frazeologizm: damarına düşmək frazeologizm: damarını tutmaq (tapmaq) frazeologizm: dəli damarı tutmaq frazeologizm: qanı damarlarında donmaq frazeologizm: nazik damarını tutmaq frazeologizm: tərs damarı tutmaq frazeologizm: tərs damarına düşmək frazeologizm: yolun damarını qırmaq frazeologizm: yumşaq damarını tutmaq (tapmaq) frazeologizm: zəif damar frazeologizm: zəif damarını tutmaq (tapmaq) coğrafiya: damar süxurlar Azərbaycan dilinin izahlı lüğəti