1. Ağ olmaq, ağ rəng almaq. □ Kətan yuyulduqca ağarar.
2. Öz ağlığı ilə nəzərə çarpmaq, görünmək. □ Yaşıllıqlar arasında gölməçələr ağarırdı.
3. Saç və saqqala dən düşmək; çallaşmaq. □ Saçı ağarmaq. Saqqalı ağarmaq.
4. Rəngi getmək, solmaq, bozarmaq. □ Paltar çox yuyulduğundan ağarmışdı.
5. Məcazi mənada: üzünün rəngi qaçmaq (qorxudan). □ Elə qorxmuşdu ki, rəngi tamam ağarmışdı.
See also:
1. Ağ rəngə boyamaq, ağ rəng çəkmək. □ Hasarı ağartmaq. Tavanı ağartmaq. Üst-başını divara sürtüb ağartdı.
2. Soldurmaq, rəngini qaçırtmaq, bozartmaq.□ Paltar ipdə çox qaldığından günəş ağartmışdı.
3. Sürtüb təmizləmək, sürtüb parıldatmaq; qalaylamaq; təmizləyib düzəltmək, qaydaya salmaq. □ Qazanı ağartmaq.
4. Üzünü köçürmək, təmiz yazmaq.
5. Məcazi mənada: açıb demək, üstünü açmaq, üzə vurmaq, açıb-ağartmaq. □ Adam hər şeyi ağartmaz.
See also: