son dərəcə kədərlənmək, bikef, qəmgin, pərişan, dərdli olmaq; ~ qəm dəryasına qərq olmaq, gəmiləri batmaq, dəryada gəmisi batmaq.
bax: qəm dəryasına batmaq.
ah-nalə çəkmək, dərdini, qəmini dilə gətirmək.
daim dərdli-kədərli olmaq.
bax: qəm çəkmək.
dava etmək üçün bəhanə axtarmaq.
nöqsan axtarmağa çalışmaq, qərəzli yanaşmaq, irad üçün bəhanə tapmaq; bir işin gedişinə, düzəlməsinə mane olmaq, müdaxilə edib əngəl törətmək; ~ vedrə bağlamaq, mız qoymaq, sözə quyruq bağlamaq, qulp qoymaq.
rədd olmaq, rahat buraxmaq; ~ başından açılmaq.
müzakirə və götür-qoydan sonra müəyyən nəticəyə gəlmək, qəti fikir formalaşmaq; ~ qərara almaq.
gözlənilməz bir maneə ilə qarşılaşmaq; ~ əngəl çıxmaq.
düşmən olmaq; ~ gözünün odunu almaq, yağı kəsilmək.
gözləniləndən az olsa da, əldə edilmiş və ya qarşısına çıxmış bir şeylə (qazanc və ya nailiyyətlə) kifayətlənmək, qane olmaq.
heç pulu olmamaq, kasıb yaşamaq; ~ acından günorta durmaq, acından köpük qusmaq, cibində siçаnlаr oynamaq.
xəsis olmaq, maddiyyatı üstün tutmaq; pulunun qədrini bilmək, xərcini-borcunu bilmək.