Rantik bir anlıǧa çaşdı (C.Əmirov); Cahangir hərbi toxtadıb ortalıǧa təslim məsələsini atmışdı (S.S.Axundov).
Hərəkətləri çevik, yerişi quş kimi yüngül idi (İ.Şıxlı); Mənim ölüvay adamdan xoşum gəlmir (İ.Şıxlı).
Onun yerişində, hərəkətlərində əvvəlki zirəklik, çeviklik yox idi (C.Məmmədov); Onun ölüvaylıǧıdır ki, biz əzab çəkirik (“Azərbaycan”).
Dəniz gah qabarır, gah da çəkilir.
Sözləri düz gəlmədi, çəkişdilər. Barışdı nə qədər ayrı düşənlər (C.Novruz).
Çəkişməsən, bərkişməzsən (Ata. sözü).
Uǧur cilovu çəkdi (M.Süleymanzadə); Atın başını buraxdı.
Bakıdan gələn, çəlimsiz müstəntiqin biri bizi bəzi adamların yanında gözükölgəli etsin (T.Kazımov); Kök adam özünü bir az qabaǧa verdi (Mir Cəlal).
Qoynu gah aydın havalı, gah çənli, dumanlı (R.Rza).
Yarməmməd çəpəki qovluǧa baxdı (M.İbrahimov); Səməd çevrilib düz oturdu (M.İbrahimov).
...Ona bir çəpinə baxdım (Mir Cəlal); Tərsinə yox, düzünə otur, qoy camaat səni görsün.
Eh, nə çərənçi kişidir (A.Şaiq); Partizanlar xasiyyətcə müxtəlif adamlardır; gülərüz, qaradinməz, çoxdanışan (S.Vəliyev).
Çərənçilik nəyə gərək (M.İbrahimov); Onun qaradinməzliyi həmişə hamını əsəbiləşdirirdi (C.Məmmədov).
Ulduzlar sayrışanda; Qəlb qəlbə qarışanda; Çətin olur ayrılmaq; Göz-gözə alışanda (Bayatı); Qoy bir an ürəyim rahat döyünsün; Bu qədər insafsız olmaz ki, adam! (M.Araz).
Düşünürdüm ki, oǧlan qəflət qaçıb tramvaya minsə, işim çətinləşəcəkdir (C.Əmirov); Bəxtimizdən oǧlanın özü bizim işimizi asanlaşdırdı (C.Əmirov).