Ağdam, Gədəbəy, İmişli, Qara- kilsə, Qazax, Qubadlı, Laçın, Sabirabad, Şəmkir, Tovuz
1. Nəsil.
2. Tayfa.
3. Qohum-əqrəba. □ Bizim kəntdə tirə çoxdu, hansını deyim sana (Ağdam); Hər tirənin öz ağsaqqalı olor bizdə (İmişli); Bizim kənt bir neçə tirədi (Qarakilsə); Neçə tirə işdey o biri piriqədədə? (Gədəbəy); Bu kətdə çox tirələr var: maf tirəsi, niyazdı tirəsi, taramatdı tirəsi (Şəmkir).
Qubadlı
1. Tərəfdar.
2. Həmfikir. □ Qaflan bizim tirədəndi, onun sizə qarışajağı yoxdu.
Şəki
Lək. □ İki tirə soğan ehmişdıx, hunnan un puta kimi soğan qazdıx.
Cəbrayıl, Culfa, Kürdəmir, Mingəçevir, Salyan
Bax: tir. □ Tirənin üssündə durub alağ elyirik (Kürdəmir); Su çox olduğu üçün tirəni yuyur (Salyan); Su arxın tirəsini uçurdub (Cəbrayıl).
Şahbuz
Arı səbətinin içində olan bölmələr, arakəsmələr. □ Tirə səbətdə olur arıçın.
Kürdəmir
Bel, fəqərə sütunu. □ Suda balığın tirəsi göründü.
Sabirabad
Dirək.
Azərbaycan dilinin dialektoloji lüğəti