Reklam
Reklam

Azərbaycan dilinin dialektoloji lüğəti

mısmax1

Culfa, Tərtər

Bax: mısmağ1 Ə:, nə mısıf durmusan, danış dana (Tərtər); Avçı kəççiyə de:r ki, sən mısmaxdansa, çığırıb avı qaçırdırsan (Culfa).

mısmax2

Zəngilan

Küsmək. □ Genə nə mısmısan?

mısmax3

Ordubad, Şahbuz, Şərur, Zəngilan

Pusmaq, güdmək.  Mısır, mısır, cücüyü aparır, həylə pişiy olar (Zəngilan); Bir oğlan da unı mısır (Şərur); Dev çəkildi, bucaxda mısdı (Şahbuz).

mısmax4

Cəbrayıl

Həddindən artıq yemək.

Azərbaycan dilinin dialektoloji lüğəti

mısməy

Cəlilabad

Bax: mısmax2□ Mısardüg, ancağ biyazdən so:ra barişərdüg.

Azərbaycan dilinin dialektoloji lüğəti