Reklam
Reklam

Azərbaycan dilinin dialektoloji lüğəti

dənəvər1

Mingəçevir, Şəki

Bax: dənəvar Xırmanda taxılı döyüf kürəx'nən alıf atıllar ki, tozu, samanı təmizdənsin, buna diyillər dənəvər (Şəki).

dənəvər2

Kürdəmir

Dənəli, dəndən olan. □ Buğda, düyü dənəvər məhsuldi.

Azərbaycan dilinin dialektoloji lüğəti

dəngi

Qax, Oğuz

Bax: dengi□ Üzümü dəngiyə yığmışam, gəl dəngini götür, apar boşalt (Oğuz).

Azərbaycan dilinin dialektoloji lüğəti