Göyçay
Sahilə yaxın dayaz yer. □ Gəmini bərədən aparıblar.
Lənkəran, Kürdəmir
Bağ və ya bostanların arasından gedən cığır.
Bakı, Füzuli, Göyçay, İmişli, Quba, Ucar
Kiçik arx. □ Adə, bəsdü dayi, bərəni bağla, püştəni su apardı (Bakı); Bağa gedən arxa bərə deyirik (Göyçay); Bü:n bərəni qazıb qutardım (Ucar).
Qarakilsə, Qazax, Şəki, Tovuz
1. Su arxının keçməsi üçün çəpərin altında düzəldilmiş yer, deşik. □ Su no:rraşifdi, bərədən keşmiyi (Şəki).
2. Arxda ləkə su buraxılan yer.
3. Çəpərin keçid yeri (Şəki).
4. Qoyunları sağmaq üçün düzəldilən yer, keçid (Qarakilsə, Qazax, Tovuz). □ Qoyun bərədən gəler (Qazax); Qoyunu bərəyə verin, sağırıx (Qarakilsə).
İsmayıllı
Dərin olmayan yara. □ Ağlama, uşağ döysən, balaca bərədi.
See also:
Azərbaycan dilinin dialektoloji lüğətiBərdə, Daşkəsən, Şəmkir
1. Ovlanacaq heyvanın keçdiyi yer, pusqu, bərə (Bərdə, Daşkəsən). □ Ovu bərəlgədə vurallar (Bərdə); O: ki, bərəlgədən keşdi, onu vurmağ olmaz (Daşkəsən).
2. Meşə və ya dağların arasından keçən dar cığır (Şəmkir). □ Dünən bərəlgənin ağzında üstümüzə üç ceyran çıxdı.
Azərbaycan dilinin dialektoloji lüğəti